Türkmənistan və İranın mövcud və real enerji potensialı
Xəyalə Qədimova, Dövlət və İctimai Münasibətlər fakültəsi, ADA Universiteti
GİRİŞ
Günümüzdə, beynəlxalq iqtisadiyyat miqyasında müsbət təsir göstərərək iqtisadi tərəqqiyə gətirib çıxara biləcək enerji resursları ilə zəngin bir çox ölkə var. Bu cür imkanlara baxmayaraq, bir sıra ölkələr bu sahədə öz potensiallarını həyata keçirə bilmirlər. Türkmənistan və İran enerji resusrlarından istifadə edərək iqtisadiyyatın miqyasını genişləndirmə potensialından istifadə etməkdə çətinlikləri olan ölkələr sırasındadır. Avropanı neft və qazla təmin etməkdə İran öz potensialını tam şəkildə əks etdirə bilmir baxmayaraq ki, dünyanın ən güclü iqtisadiyyatına sahib olan ölkələrdən biridir, ona görə ki İran hökuməti sanksiyalara məruz qalır. Digər tərəfdən, Türkmənistan hal hazırda blokadaya alınmışdır, çünki uzun müddət ölkə sd etməkdə olan ölkələr olmasına baxmayaraq, onlara arzu edilən və daha da inkişaf etmiş həyat standartlarına çatmaq üçün öz iqtisadiyyatlarını inkişaf etdirmək müstəsna dərəcədə önəm kəsb edir (Əliyeva, 2018).
Bugün, Rusiyanın regiondaki hegemonluğunu dayandırmaq və Avropanın Rusiyadan asılılığını azaltmaq üçün Türkmənistan və İranı blokadadan çıxartmaq zəruridir. Bu problem son 10 ildə daha ciddi nəzərə carpar olubdur, çunki Avropanın inkişaf edən iqtisadiyyatı daha çox enerji resursları tələb edir. Ətraf mühitin qorunması səbəbiylə Avropanın qaza olan böyük təlabatı və Avropanın ən böyük qaz ixracatçı ölkəsinin Russiya olmasını nəzərə alaraq Avropanın Rusiya təbii sərvətlərindən “North Stream-1” koridorundan asılı olduğunu deyə bilərik. Türkmənistan və İranının enerji potensiallarını birləşdirilməsi Avropaya yeni koridor aça bilər və Avropanın Rusiyadan asılılığını azalda bilər. Bundan əlavə olaraq, Avropanın enerji imkanları müxtəlifliyi siyasətini nəzərə alsaq, bu ölkələrin blokadadan çıxarılması öz növbəsində bu siyasətə də xidmət edəcəkdir. Həmçinin, Türkmənistan və İranın potensial enerji resurslarının Avropaya yönəlmiş inteqrasiyası qonşu ölkələrin geopolitik xəritəsini də dəyişə bilər. Lakin, hazırdakı potensiala baxmayaraq, reallıq öz sözünü deyir, ona gorə ki son 10 ildə aşıla bilinməyən real maneələr Türkmənistan və İranın öz enerji potensiallarından istifadə etməyə imkan vermir (Jonsın,2012).
BAXIŞ
Giriş hissəsində qeyd olunduğu kimi İran və Türkmənistan bir çox səbəblərə görə blokadaya alınmışdır. İran öz neft və qaz ehtiyatlarını Avrasiyada ən böyük qaz istehlakçılarından biri olan Avropaya sata bilməz. İranın təsdiqlənmiş qaz ehtiyatlarının 32,3 trilyon kubmetr olmasına baxmayaraq, 2016-cı ildə yalnız 8,567 milyon kubmetr ixrac edilib. Bu, son 5 ildə ən yüksək göstəricilərdən biri idi (OPEK, 2018). 2008-2016-cı illər arasındakı dövrdə İran qazının Avropaya ixracı bir neçə dəfə azalıb ki, 2008-ci ildə İran Avropaya gündəlik 758 barel neft ixrac etmişdi və 2015-ci ildə Avropaya neft ixracatı gündə 111 barel olub, bu da olduqca aşağıdır.
Bu vəziyyət 2016-cı ildə Rusiyaya qarşı sanksiya səbəbiylə Avropada neft tələbatının artımı ilə yaxşılaşdı. İran gündəlik 497 barel neft ixrac edərək son 2 ildə ən yüksək göstəricini göstərdi . Hazırda İran bazarı Pasifik və Asiyadır hardaki İran höküməti gündəlik 1,42 milyon barel neft ixracı edir. İranın potensialını və dünya səviyyəsində 17-ci ən böyük ölkə olmasını nəzərə alsaq, Avropanın İran hökumətinə tətbiq etdiyi sanksiyalara görə İran enerji resursları perspektivindən geridə qalır. Bu, 2008-ci ildə nüvə enerjisinin istifadəsi və tətbiq edilməsi ilə baş verib, hansıki İranın tərəfdarı olduğu beynəlxalq hüququn pozulması deməkdir.
Sanksiyalara əsasən, İranın əsas istehlakçısı Avropa İranla ticarət əlaqələrini tamamilə dayandırdı ki, bu da ölkənin iqtisadiyyatını məhv etdi. Beləliklə, bu gün digər dövlətlər İrana xarici sərmayə yatırmaqdan imtina edirlər. Neft-qaz sənayesi İran iqtisadiyyatının əsasını təşkil etdiyi üçün, İran iqtisadiyyatı Avropanın sanksiyalarından çox ziyan çəkdi. Əlavə olaraq, ABŞ İranın nüvə enerjisindən istifadə etməsinə qarşı İranla hər hansı bir iş və ticarət əlaqəsini dayandıran sanksiya tətbiq etdi. Bu gün İranda ABŞ filialı olan bütün müəssisələr bağlanıb və ABŞ-dan gələn xarici şirkətlər və bizneslər İranda fəaliyyətini dayandırıb. Avropa və ABŞ-ın sanksiyaları İranı blok etdi və İrana Afrika, Sakit okean və Asiya istisna olmaqla inteqrasiya etmək üçün heç bir bazar buraxmadı.
Türkmənistan nümunəsində, Türkmənistan hazırki potensial 50 trilyon kubmetr qaz ehtiyatı ilə dünyada altıncı ən böyük qaz ehtiyatına sahib ölkədir. Statistikaya əsasən, Çin, İran və Rusiyaya yalnız 40 milyard kubmetr qaz ixrac edir ki, bu da Türkmənistanın potensialına nisbətdə çox aşağı rəqəmdir. Bu, Türkmənistanın strateji səhvi nəticəsində Rusiyanın Türkmənistandan qaz almağı dayandırdığına görədir. Sovet İttifaqının dağılmasından sonra Türkmənistan iqtisadiyyatı Rusiyadan asılı idi, çünki Rusiya Türkmənistandan aldığı qazı Avropaya satırdı. Bu gün bu əməliyyat dayandırılıb və Türkmənistan öz qaz resursunu heçkimə sata bilmədiyi üçün yandırmaq məcburiyyətində qaldı. Türkmənistan Rusiya boru xəttləri ilə Avropaya qaz ixrac etdiyi üçün blokadaya düşdü (Jonsın, 2012).
Buna görə Türkmənistan yeni bir potensial müştəri- Çin bazarını yaratmaq üçün Asiya bazarına inteqrasiya etdi. Halbuki Çin ilə bağlanması mümkün olan yeni müqavilə vəziyyəti yaxşılaşdırma potensialı sual altındadır. Çinlə olan müqavilə qaz boru kəmərinin tikintisinə görə ən az 10 il ərzində Türkmənistanın qaz ilə ödəmə etməsini tələb edir, hansı ki, dövlət büdcəsinin heç bir gəlir əldə etməyəcəyi deməkdir. Bu səbəbdən Türkmənistan İranla müqavilə imzaladı.
Türkmənistanın tələb olunan halda İrana qaz ixrac edəcəyi müqaviləyə imza atmaqla bu iki qapalı ölkə bir-birinə dəstək verməyə çalışır. Bu, gəlirlərin sabit olmadığını və digər ölkələrin istək və ehtiyaclarından asılı olmaq deməkdir. Bu vəziyyətdə Türkiyə potensial müştəridir, lakin Türkiyə daimi əsasda təbii resurs tələb etmədiyi üçün bu Türkmənistanın iqtisadi vəziyyətini pisləşdirir.
ANALİZ
Bölgədə bu ölkələrə maneə törədilməsi faktları bir sıra daxili problemlərə gətirib çıxarır. Bununla yanaşı, bu ölkələrin neft və qaz ixrac etmək imkanları olmamasının bir sıra xarici təsirləri də mövcuddur.
Neft ticarətinin kəsilməsi İran iqtisadiyyatının dayanmasına gətirib çıxartdı ki, gəlirlərin əsas mənbəyi təxminən iki dəfə azaldı. Nüvə enerjisindən istifadəsi səbəbindən İranın əsas müştərisi olan Avropa neft və qaz almağı dayandırdı. İran iqtisadiyyatının Avropa tələbatından asılı olması səbəbindən bu vəziyyət İran iqtisadiyyatını məhf etdi. Gəlirlərin iki dəfə azalması ilə İran büdcəsi çox ziyan gördü, bu, valyutanın devalvasiyasına gətirib çıxartdı. Bu gün, İranda ən əhəmiyyətli məsələ olan gənclərin işsizliyi -İranda qapalı ABŞ biznesinin nəticəsidir ki, bu vəziyyət gələcəkdə İran valyutasının qiymətdən düşməsi və subsidiyalar sxeminin ləğv edilməsi ilə daha da pisləşə bilər.
Əlavə olaraq, ölkənin ixracatı kəskin şəkildə azaldı, çünki İran Avropa Birliyinin İrana qarşı sanksiyalarına görə enerji məhsullarını ixrac edə bilmir. ABŞ sanksiyaları nəticəsində ABŞ-ın təşəbbüskarları ilə birbaşa bağlı olan bütün bizneslərin bağlanması ilə də İran ixracatı azaldı. İstehsal səviyyəsi kəskin şəkildə azaldı, bu da iqtisadiyyatın miqyasını daraltdı.
Ümumiyyətlə, bu sanksiyalar İranın bazar payını itirməsinə və Rusiya kimi digər hegemon ölkələr tərəfindən işğal olunmasına gətirib çıxartdı. Bölgədə iqtisadi cəhətdən İrana maneə törətmiş sanksiyalara görə, Rusiyanın siyasi hökmranlığı da artmışdır. Avropadan İran bazarına idxal olunan müəyyən növ məhsulların, xüsusən də çörək və şəkərin idxalı dayandırılıb və xarici Avropa ölkələrindən heç bir investisiya qoyulmur. Bu səbəbdən, İran öz neftini Rusiya ilə müəyyən bir məhsul ilə mübadilə edərkən, özünün Rusiyadan asılılığını artırdı və bu bölgədə Rusiyanı gücləndirdi.
Siyasi baxımdan İran neft və qaz vasitəsilə Avropanı dəstəkləyirdi, həmçinin bunları Avropaya Rusiya ilə eyni həcmdə ixrac edirdi. Amma İrana maneə törədildikdən sonra Rusiyanın bölgədə siyasi təzyiqi artdı və Avropa Birliyi Rusiyadan daha da çox asılı oldu, çünki bu gün Avropanın ən böyük qaz idxalçısı Rusiyadır. Bu, Avropaya da faydalı deyil, çünki enerji təhlükəsizliyin əsas məğzi idxalçıların müxtəlifliyidir ki, buna AB hələ də nail olmamışdır. Beləliklə, İranın blokadasına gətirib çıxaran sanksiyalar Rusiya ilə AB arasındakı qarşılıqlı asılılığın artmasına gətirib çıxardı ki, bu da Rusiyanı gücləndirdi.
Sanksiyaların Rusiyanın hökmranlığını artırmasına baxmayaraq, digər super güvvə, ABŞ, İrana tətbiq etdiyi sanksiyalara görə İranı dəstəkləmir. Davam edən layihələr TƏPH (Türkmənistan, Əfqanıstan, Pakistan və Hindistan) və İPH (İran-Pakistan-Hindistan) boru kəmərlərinin tikintisi böyük müzakirə altındadır, çünki super güvvələrin hər biri müxtəlif layihələrə dəstək verir, və bu vəziyyətin daha da pisləşməsi deməkdir. İran üçün Hindistan davamlı artım göstərən əhali sayı ilə böyük miqdarda enerji istifadə edən potensial bazardır. İran Avropada itirdiyi bazar payını kompensasiya etməsinə kömək edə biləcək bir boru kəməri tikmək üçün səy göstərir. Ancaq bu layihə ABŞ tərəfindən dəstəklənmir və bunun əksinə TƏPH-i dəstəklənir ki, bu İranın blokadasını təmin edir.
Ümumiyyətlə, nüvə enerjisindən istifadə İran iqtisadiyyatına xeyli ziyan vurdu ki, bu da Türkmənistanın nüvə enerjisindən istifadə etməyi dayandırması üçün yol oldu.
Türkmənistan da bölgədə blokadaya alınmışdır, lakin bu vəziyyət İranın blokadasından əsaslı şəkildə fərqlidir, çünki Türkmənistana digər dövlətlər tərəfindən tətbiq edilən sanksiyalar və digər hüquqi maneələr yoxdur. Türkmənistanın bu vəziyyətdə olmasının səbəbini infrastrukturun olmaması və xarici şirkətlərin Türkmənistanın enerji infrastrukturuna sərmayə qoymasına imkan verən siyasətin olmamasıdır.
Bu hadisə Rusiyanın Türkmənistana təzyiq gücünü və Avropanın ixracatı üzərindəki gücünü artırır. Rusiya Türkmənistanın yeganə alıcısı və transport keçidlərini istifadə edə biləcəyi yeganə boru kəmərinin sahibi olaraq Türkmənistanın qazını sata biləcəyi başqa bir ixrac marşrutu yoxdur. Bu amil Rusiyanı gücləndirir və Avropa qarşısında Türkmənistan potensial qaz tədarükçüsü kimi yox olur. Rusiya regionda Avropaya qaz ixrac edən yeganə ölkədir.
Bundan əlavə olaraq, Türkmənistanın Çin ilə imzaladığı müqavilə bu vəziyyəti daha da pisləşdirdi. Türkmənistan boru kəmərinin tikintisinə çox aşağı qiymətlərlə qaz ilə ödəmə etməsi səbəbindən Türkmənistan büdcə məsələləri ilə bağlı problem yaşayır. Bu, valyutanın devalivasiyası və işsizlik səviyyəsinin artmasına gətirib çıxarır. Vəziyyət potensial yeni bazara yəni Türkiyəyə inteqrasiyası ilə yaxşılaşdırıla bilər, lakin Türkiyənin istəyi sabit deyil və bu büdcəni bərpa etmir.
Bu günə qədər Türkmənistanda qaz prosesi ən aşağı səviyyədədir və müəyyən bir məqamda hər bir avtomobil üçün pulsuz qaz verilir. Hökumət artıq qazın hələ də qaldığını nəzərə alaraq, onu yandırmağa başladı. Bu, Türkmənistanın ehtiyat potensialını artırmaq məcburunda olduğuna bir işarə idi. Çünki Türkmənistan qazını saxlaya bilmək üçün ərazisi olmadığı üçün, ya pulsuz verməli və ya yandırmalı idi. Ehtiyat potensialı olduğu halda potensial alıcının meydana gəlməsini gözləmək olar.
Rəqabətə davam edən TƏPH (Türkmənistan-Əfqanıstan-Pakistan-Hindistan) layihəsi ilə Türkmənistan potensial müştəriləri tapa bilər, lakin bu layihə Rusiya tərəfindən dəstəklənmir. Türkmənistanın blokadadan çıxmasının başqa bir həlli TAP / TANAP layihəsinə qoşulmasıdır ki, hazırda Azərbaycan ilə birgə qurulur. Amma Xəzər dənizinin statusu və ya onun sahibliyi Türkmənistanı bloklaşdırır (çünki Xəzər dənizinin hələ də dəqiq qərarlaşdırılmış sərhədləri yoxdur və hər hansı bir tikinti nəticəsində ətraf mühitə vurula biləcək zərər hansı dövlət tərəfindən ödəniləcəyi qeyri-müəyyəndir).
Beləliklə, Türkmənistan üçün ən yaxşı həll yolu xarici şirkətlərin Türkmənistanın infrastrukturuna sərmayə qoymasını təmin etməkdir.
Sonluq
İran və Türkmənistanın regionda bloklaşdırılması faktı hər iki ölkələnin iqtisadiyyatına bir sıra nəticələri var. Bu vəziyyət Avropanın Rusiya qazından asılılığını artırır və regionda Rusiyanın hegemonluğunu yaradır. Xərc-fayda analizi göstərir ki, İran üçün nüvə enerjisinin istifadəsi çox ağır olmuşdur, beləki Avropa və ABŞ kimi iki böyük bazar itirilmiş və İrana mümkün investisiyalar dayanmışdır. Bundan əlavə olaraq, gələcək IPH layihəsi daha çox investisiya tələb edir, hansıki İranda hal-hazırda mövcud deyil.
Türkmənistan yalnız yerli şirkətlərin infrastruktura sərmayə qoymasına imkan verdiyi üçün, ölkənin mövcud imkanlarından istifadə etməsini məhdudlaşdırır. Xarici birbaşa investisiyaların olduğu halda, Türkmənistan daha yaxşı infrastruktura və texnologiyaya malik ola bilər ki, bu da energetika sektorunun inkişafında danılmaz rol oynayar.