UNEC Tədqiqat Fondu ölkədaxili və ya xaricdə işgüzar tədbirlərin təşkili üzrə xidmətlərini təklif edir. Konfranslar, forumlar, seminarlar, iclaslar və digər tədbirlər tərəfimizdən ən yüksək səviyyədə həyata keçirilir.
Konfranslar və seminarlar əsasən əməkdaşlığın nəticələrini açıqlamaq , müxtəlif tapşırıqları müzakirə etmək, təcrübə mübadiləsini keçirtmək və ya işgüzar əlaqələri qurmaq məqsədilə təşkil olunur.
Tədbirlərin təşkil olunması üzrə xidmətlərimizə aşağıdakılar daxildir:
- Tədbirin büdcəsini və məqsədini nəzərə alaraq, tədbirin keçirələcəyi məkanı seçmək;
- Konfrans zalının və lazımi avadanlığın rezervasiyası;
- Tədbir iştirakçılarına dəvətnamələrin göndərilməsi;
- Tədbir iştirakçılarından ödənişlərin qəbul edilməsi və vəsaitin idarəedilməsi;
- Tədbirə bələdçilərin və tərcüməçilərin cəlb edilməsi;
- İştirakçıların qeydiyyatı.