Rusiya ətrafında sanksiyalar rejiminin gücləndirilməsi tendensiyasının post-sovet ölkələrinə təsirləri
Anar Xəlilzadə, Beynəlxalq İqtisadi Münasibətlər, Azərbaycan Dövlət İqtisad Universiteti
Beynəlxalq arenada ən yaxından izlənilən və bir çox geosiyasi regiona təsir edən ən vacib mə-
sələlərdən biri 2014-ci ildən bu vaxta qədər davam etməkdə olan Ukrayna krizisidir.
Krizisin əsas tərəf müqavilləri Rusiya, Ukrayna, ABŞ və Avropa İttifaqıdır. Rusiyanı Ukraynaya hərbi müdaxilədə təqsirli bilən Qərb dövlətləri Rusiyanı danışıqlara məcbur etmək üçün ona qarşı ticarət, maliyyə və diplomatik sanksiyalar tətbiq etməyə başlamış nəticədə qarşılıq olaraq əks-sanksiyalarla üzləşmişdir.
Rusiya hal-hazırda ABŞ, Avropa İttifaqı, Norveç, Kanada və Avstraliyadan idxal olunan qida məhsullarına embarqo tətbiq etməkdədir. Nəticə etibari ilə krizis böyüməkdə davam edir və bütün tərəf müqavillərinin böyük maliyyə itkiləri ilə üzləşməsinə səbəb olur. Sanksiyaların yalnız Avropa Birliyinə toplam zərəri 100 milyard avrodan çox olduğu qeyd edilir¹. Öz regionunun ən böyük dövləti olan Rusiya eyni zamanda həm neft qiymətlərinin kəskin düşüməsi, həm də ağır sanksiyalar altında maliyyə krizisinə uğramışdır. Post-sovet məkanının ən böyük dövlətinin uğradığı iqtisadi tənəzzül, onunla həm iqtisadi, həm siyasi və sosial cəhətdən çox yaxın bağlı olan keçmiş ittifaq(SSRİ) ölkələrinə öz təsirini göstərmişdir.
Məqalədə teoritik və emprik yanaşmalardan istifadə olunaraq, Rusiya ilə post-sovet ölkələrinin mövcud əlaqələri, sanksiyalar altındakı Rusiya iqtisadiyyatındakı geriləmənin regiona təsiri, keçmiş birlik ölkələrinin iqtisadi şoklara qarşı tədbirləri analiz olunacaqdır.
Sovet Sosialist Respublikalar İttifaqının dağılmasından sonra ittifaqa daxil olan ölkələr müstəqillik əldə etdilər. Bir sıra keçmiş ittifaq dövlətləri Rusiya Federasiyası ilə sıx münasibətləri saxladılar. İqtisadi və təhlükəsizlik əməkdaşlığını artırmaq məqsədi ilə Müstəqil Dövlətlər Birliyi, Avrasiya İqtisadi Birliyi, Birlik Dövləti, Avrasiya Gömrük Birliyi və Avrasiya İqtisadi Birliyi kimi çoxtərəfli təşkilatlar meydana gətirdilər. Digər tərəfdən, Baltikyanı ölkələr isə NATO və Avropa Birliyinə qoşulmağa doğru yönəldilər. Bu əlaqələrin iqtisadi umumi görünüşü aşağıdakı kimidir:
Rusiyanın “yaxın xaric” adlandırdığı bu region Sovet İttifaqı dağıldıqdan sonra ortaya çıxan yeni müstəqil respublikaları əhatə edir. Rusiyanın müxtəlif xarici siyasət sənədlərində regionun Moskva üçün xüsusi diqqət mərkəzində olduğu açıqca qeyd edilir. Ona görə də post-sovet ölkələrində baş verən hadisələr geosiyasi cəhətdən Rusiya üçün böyük əhəmiyyət daşıyır. Elə Rusiyanın Ukrayna ərazisinə müdaxiləsi yuxarıda qeyd olunan tarixi əlaqələr nəticəsində bütün post-sovet məkanına yayılmış rus əsilli insanların Krımda da çox məskunlaşması idi. Rusiya bu müdaxiləni öz soydaşlarını qorumaq üçün edilmiş humanist addım kimi qiymətləndirir².
Uzun müddətdir həll olmayan Ukrayna böhranı 21 Noyabr 2013-də keçmiş prezident Viktor Yanukoviçin Avropa İttifaqı (Aİ) ilə assosiasiya sazişinin tətbiqinə hazırlıqların dayandırması ilə başladı. Bu qərar Avropa meyilli siyasət dəstəkçilərinin kütləvi etirazına səbəb oldu və Yanukoviçi istefaya məcbur etdi³. Yanukoviçin istefası onun ən böyük dəstəkçi kütləsinin olduğu Ukraynanın rus yönümlü şərqi və cənubi regionlarda gərginlik yaratdı. Şəhərlərdə ixtişaşların və vətəndaş müharibəsinin başlaması, nəhayətində Rusiyanın bu bölgələrə hərbi müdaxiləsi və Ukraynanın Krım bölgəsinin Muxtar Respublika elan olunması hal-hazırdaki siyasi böhrana gətirib çıxartdı⁴.
Krımın işğalına cavab olaraq bəzi dövlətlər, ABŞ və Aİ tərəfindən idarə olunun beynəlxalq təşkilatlar rus iş adamlarına və huquqi şəxslərə sanskiyalar tətbiq etdilər. Ukraynadakı gərginliyin şərq regionlarına yayılmağı Donbas regionunda indiyə qədər davam edən müharibəyə yol açmışdır. Bu hadisə Rusiyaya qarşı qoyulan sanksiyaların əhatəsini daha da artırdı.
Ümumi olaraq 3 növ sanksiya tətbiq olunur: neft qaz kəşfiyyatı üçün texnologiya təminatına qadağa, Rusiya neft şirkətləri və dövlət banklarına kredit təminatına qadağa, Krımın ilhaqına daxil olan və prezidentə yaxın olan nüfuzlu Rusiya vətəndaşlarına səyahət məhdudiyyəti. Buna cavab olaraq, Rusiya hökuməti bəzi Kanada və ABŞ vətəndaşlarına sanksiyalar tətbiq etdi və Avqust ayı 2014 -cü ildə Aİ, ABŞ, Kanada və Avstraliyadan qida idxalına qadağa qoydu⁵.
Ukrayna krizisi və ona bağlı tətbiq olunan sanksiyalar günümüz etibarı ilə davam etməkdədir. ABŞ və Avropa İttifaqının Rusiyaya tətbiq etdiyi sanksiyaların bir çoxu 1 İyun 2018-ci il tarixə qədər təsdiqlənən qətnamə ilə davam edəcəkdir. Rusiyaya qarşı tətbiq olunan sanksiyaların yaratdığı nəticələr MDB ölkələri ilə Rusiya arasında olan başlıca iqtisadi əlaqələr vasitəsi ilə – ticarət, pul köçürmələri və birbaşa investisiyalar, regiondakı milli iqtisadiyyatlara təsir göstərəcəkdir.
EXTERNAL TRADE OF THE RUSSIAN FEDERATION WITH THE CIS COUNTRIES⁷ (at actual prices; mln. US dollars) |
||||||
Country name | 2010 | 2012 | 2013 | 2014 | 2015 | 2016 |
Exports |
||||||
Totals | 59601 | 79219 | 73922 | 63984 | 45018 | 37358 |
Azerbaijan | 1562 | 2846 | 2943 | 3373 | 2287 | 1508 |
Armenia | 700 | 920 | 998 | 1094 | 1051 | 957 |
Belarus | 18081 | 25085 | 20228 | 206052) | 15350 | 14051 |
Georgia | 289 | 476 | 583 | 575 | 625 | 675 |
Kazakhstan | 10690 | 15697 | 17632 | 14113 | 10786 | 9427 |
Kyrgyzstan | 991 | 1634 | 2029 | 1743 | 1302 | 1026 |
Republic of Moldova | 1108 | 1609 | 1321 | 1480 | 1036 | 912 |
Tajikistan | 673 | 679 | 724 | 891 | 763 | 662 |
Turkmenistan | 757 | 1211 | 1430 | 1156 | 914 | 571 |
Uzbekistan | 1889 | 2324 | 2804 | 3121 | 2235 | 1965 |
Ukraine | 23148 | 27215 | 23813 | 17062 | 9294 | 6280 |
Imports |
||||||
Total | 31728 | 44899 | 38587 | 32806 | 21037 | 19332 |
Azerbaijan | 386 | 564 | 636 | 636 | 518 | 446 |
Armenia | 159 | 301 | 352 | 314 | 210 | 378 |
Belarus | 9954 | 13723 | 13959 | 153462) | 8869 | 9406 |
Georgia | 34.7 | 46.8 | 190 | 274 | 162 | 206 |
Kazakhstan | 4449 | 10051 | 5887 | 7396 | 4783 | 3612 |
Kyrgyzstan | 393 | 196 | 110 | 73.8 | 71.7 | 171 |
Republic of Moldova | 421 | 477 | 417 | 316 | 186 | 249 |
Tajikistan | 214 | 68.3 | 37.9 | 37.3 | 52.2 | 26.4 |
Turkmenistan | 148 | 184 | 139 | 90.9 | 73.5 | 331 |
Uzbekistan | 1557 | 1391 | 1257 | 875 | 602 | 761 |
Ukraine | 14047 | 17945 | 15791 | 10749 | 5673 | 3951 |
In 2016 in total volume of exports of Russia the share of Belarus was 4.9%, Ukraine – 2.2, Kazakhstan – 3.3%.
In imports predominated shipments from Belarus – 5.2% of total imports volume, Ukraine – 2.2, Kazakhstan – 2.0%. ——————— 1) Since 2015 – the Eurasian Economic Union (EAEU) includes the Republic of Belarus, the Republic of Kazakhstan, the Republic of Armenia and the Kyrgyz Republic (starting from August 12, 2015). 2) Including recalculations of unrecorded mutual trade of the Russian Federation.
|
- Ticarət
Rusiya bir çox MDB ölkələri üçün başlıca ixrac ölkəsidir. Tarixi əlaqələr və Avrasiya Gömrük İttifaqı kimi sazişlər post-ölkələrinə ixrac diverfisikasiyana getməyə imkan vermir. Belarus, Türkmənistan üçün ÜDM 10% -dən çoxu Rusiyaya ixrac olunan məhsul və xidmətlərdən formalaşır. Digər tərəfdən Qafqaz və Mərkəzi Asiya ölkələri üçün Rusiya olduqca qazanclı niş bazarıdır. Misal üçün, Azərbaycanın qeyri-neft sektorundakı gəlirlərinin yarısı Rusiyaya ixrac olunan məhsul və xidmətlərdəndir; Ermənistan üçün isə ölkə iqtisadiyyatının dinamikası birbaşa Rusiya bazarına olunan ixraclardan asılıdır; 2008-ci ildə baş verən Gürcüstan-Rusiya münaqişəsi əlaqələri olduqca zəiflətsədə, 2012-ci ildən münasibətlər bərpa olunur və Gürcüstanın Rusiya bazarına ixracı artmaqdadır; Türkmənistan və Özbəkistanın 25% qaz ixracının alıcısı məhz elə Rusiyayadır.
Rusiyadan idxal olunan enerji və digər məhsulların ortalama həcmi MDB ölkələrin ÜMD-nün 5%-dən çoxunu təşkil edir. Xüsusi ilə, Belarus, Ermənistan, Ukrayna enerji ehtiyatların olan tələbinin 20%-dən çoxu Rusiyadan qarşılanır. Böyük neft sazişlərinin uzun müddətli imzalandığını nəzərə alsaq Rusiya qazından və neftindən asılı ölkələr hələ də ucuz neft qiymətlərində yararlana bilmirlər. Bu isə öz növbəsində Rusiyanın regiondakı nüfuzuna birbaşa müsbət təsir göstərir.
- Pul köçürmələri
Pul köçürmələri MDB-nin neft və qaz idxal edən ölkələri üçün ən böyük iqtisadi zərbə oldu. Çünki bu ölkələr dünyanın ÜDM nisbətində ən çox pul köçürmələri qəbul edən ölkələri siyahısındadır. Bu köçürmələr bir çox MDB ölkəsi vətəndaşlarının Rusiyada xidmət və digər sekortarlarda immiqrant olaraq çalışmasından formalaşır. Rusiya iqtisadiyyatının neft gəlirlərindən asılı olması və sanksiyaların yaratdığı iqtisadi çətinliklər immiqrantların işlərini itirməyinə və ölkələrinə qayıtmaqlarına səbəb olur. ÜDM-da pul köçürmələrinin payı Tacikistan 45 %, Qırğızıstan 30%, Ermənistan 20% -dan çox təşkil edirdi.(2013)
- Maliyyə alətləri
Post-sovet məkanında olan ölkələrin dünya birjasında az təmsil olunması maliyyə alətləri o cümlədən Rusiyadan birbaşa investiyalar və ikitərəfli bank sistemlərinin təsirlərini digər amillərə görə daha az təsir etməsi ilə səciyyəvidir. Rusiyadan daxil olan birbaşa investiyalar MDB məkanının ÜDM nisbətində ümumilikdə 2%-dən az, Ermənistan və Tacikistana isə ÜDM nisbətində 5%-dən çox olmuşdur.
Rusiyanın bank sektorundakı səhmlərinin payı MDB-də ortalama 10%-dən çox deyildir. Digər tərəfdən, Azərbaycan və Qazaxıstan banklarının Rusiyadakı törəmə şirkətlərinin payı milli ÜDM 2%-dən çox deyildir. Bu göstəricilər banklara olan Rusiya investiyalarından təsirini minimuma endirir. Bank sektoru dolayı yolla valyuta məzənnələri və pul köçürçmələrinin azalmasıdan daha çox təsirlənir. Banklarda valyuta məzənnələri üzrə əməliyyatlarının yüksək “dollarlaşması” və xaricdən gələn pul köçürmələrinin kəskin azalması ölkələrdə vaxtı keçmiş öhdəliklərinin artmasına gətirib çıxarmışdır.
Yuxarıda qeyd olunan təsir vasitələri və regionun Rusiya ilə siyasi və iqtisadi yaxın əlaqələri post-sovet ölkələrində milli iqtisadiyyatlara mənfi təsir göstərməkdə davam edir. Milli iqtisadiyyatla olan təsirlər MDB ölkələri üçün 2014-2017 ci illər 2008 maliyyə krizisindən bu vaxta qədər yüksək böyümə dinamikasına olan ölkələrin, xususi ilə neft ixrac edən ölkələr daxil olmaqla, iqtisadi böyümə tempinin azalması, milli valyuta məzənnələrinin dollar qarşısında dəyərsizləşməsi, yüksək infilasiya xarakterli özəllikləri olmuşdur.
İqtisadi böyümənin faktiki olaraq geriləməsi, MDB ölkələrinin büdcə proqnozlarını gələcək üçün aşağı səviyyədə saxlamağa sövq edir. Bu isə öz növbəsində, beynəlxalq təşkilatların regiondakı ölkələrin kredit reytinqlərini aşağı salır. Əgər Rusiya qarşı ağır sanksiyalar bu formada dərinləşməyə davam edərsə, region ölkələri Rusiyaya bağlılıqları səbəbindən bir çox xarici investisiyadan məhrum qalacaq. Ona görə də, Qazaxıstan, Türkmənistan kimi əsasən neft və qaz gəlirləri hesabına maliyyələşən ölkələr böyük layihələr vasitəsi ilə Çin və digər inkişaf etmiş Asiya ölkələri ilə əməkdaşlığa yönəlirlər.
Real GDP of Post-soviet countries⁸* | |||||||
Country Name | 2010 | 2011 | 2012 | 2013 | 2014 | 2015 | 2016 |
Armenia | 9.260 | 10.142 | 10.619 | 11.121 | 11.610 | 10.553 | 10.572 |
Azerbaijan | 52.903 | 65.952 | 69.684 | 74.164 | 75.244 | 53.074 | 37.848 |
Belarus | 57.222 | 61.758 | 65.685 | 75.528 | 78.814 | 56.455 | 47.407 |
Georgia | 11.639 | 14.435 | 15.846 | 16.140 | 16.509 | 13.994 | 14.378 |
Kazakhstan | 148.047 | 192.627 | 207.999 | 236.635 | 221.416 | 184.388 | 137.278 |
Kyrgyz Republic | 4.794 | 6.198 | 6.605 | 7.335 | 7.468 | 6.678 | 6.551 |
Tajikistan | 5.642 | 6.523 | 7.633 | 8.507 | 9.236 | 7.853 | 6.952 |
Turkmenistan | 22.583 | 29.233 | 35.164 | 39.198 | 43.524 | 35.800 | 36.180 |
Ukraine | 136.013 | 163.160 | 175.781 | 183.310 | 133.503 | 91.031 | 93.270 |
Uzbekistan | 39.333 | 45.915 | 51.822 | 57.690 | 63.067 | 66.904 | 67.220 |
Russian Federation | 1524.916 | 2051.662 | 2210.257 | 2297.128 | 2063.663 | 1365.864 | 1283.163 |
Milli valyutalar kəskin ucuzlaşan rubl və neft qiymətləri fonunda ABŞ dolları qarşısında ciddi dəyər itirdi. Rusiya iqtisadiyyatından yaxın əlaqədə olan ölkələrin milli valyutaları bu şokların üzərindən gələ bilmək üçün ciddi maliyyə siyasətləri izləməyə məcbur oldular. Azərbaycan, Qazaxıstan, Türkmənistan kimi neft ixrac edən ölkələr üzən məzənnə siyasətinə keçdilər. Rusiyanın rubl üzərində tətbiq edəcəyi siyasət MDB ölkələrinə təsir edir. Xarici valyutadan asıllığı azaltmaq üçün tamamı ilə yerli istehsal olan sənayə və özü-özünü qida məhsulları ilə təmin edə bilən kənd təsərrüfatına ehtiyac vardır.
Official exchange rate (LCU per US$, period average) | |||||||||
Country Name | Country Code | 2010 | 2011 | 2012 | 2013 | 2014 | 2015 | 2016 | 2017 |
Armenia | USD/AMD | 373,66 | 372,50 | 401,76 | 409,63 | 415,92 | 477,92 | 480,49 | 482,72 |
Azerbaijan | USD/AZN | 0,80 | 0,79 | 0,79 | 0,78 | 0,78 | 1,02 | 1,60 | 1,72 |
Belarus | USD/BYN | 0,30 | 0,50 | 0,83 | 0,89 | 1,02 | 1,59 | 1,99 | 1,93 |
Georgia | USD/GEL | 1,78 | 1,69 | 1,65 | 1,66 | 1,77 | 2,27 | 2,37 | 2,51 |
Kazakhstan | USD/KZT | 147,36 | 146,62 | 149,11 | 152,13 | 179,19 | 221,73 | 342,16 | 326,00 |
Kyrgyz Republic | USD/KGS | 45,96 | 46,14 | 47,00 | 48,44 | 53,65 | 64,46 | 69,91 | 68,87 |
Tajikistan | USD/TJS | 4,38 | 4,61 | 4,74 | 4,76 | 4,94 | 6,16 | 7,84 | 8,55 |
Turkmenistan | USD/TMT | 2,85 | 2,85 | 2,85 | 2,85 | 2,85 | 3,35 | 3,40 | 3,40 |
Ukraine | USD/UAH | 7,94 | 7,97 | 7,99 | 7,99 | 11,89 | 21,84 | 25,55 | 26,60 |
Uzbekistan | USD/UZS | 1543,00 | 1640,00 | 1834,00 | 2086,00 | 2230,00 | 2457,00 | 2788,00 | 3207,00 |
Russian Federation | USD/RUB | 30,37 | 29,38 | 30,84 | 31,84 | 38,38 | 60,94 | 67,06 | 58,34 |
2014-cü ildən başlayaraq baş verən valyuta devalvasiyaları və iqtisadi geriləmə MDB məkanında yüksək inflyasiyaya gətirib çıxardı. Nəzərə alsaq ki, idxal olunan məhsulların əksəriyyəti ABŞ dolları ilə tənzimlənir inflyasiya üzərindəki təzyiq nominal effektiv valyuta məzənnələrinin çoxluğu vasitəsi ilə də tənzimlənə bilmir. Dünya bankının statistikalarına əsasən 2014-2016 ci illərə nəzərən inflasiyanın stabilləşəcəyi və 2020-ci ildə regiondakı əksər ölkələr üçün 5% inflyasa olacağı proqnozlaşdırılır.
Inflation Rate (%) | |||||||
Country Name | 2010 | 2011 | 2012 | 2013 | 2014 | 2015 | 2016 |
Armenia | 8.18 | 7.65 | 2.56 | 5.79 | 2.98 | 3.73 | -1.27 |
Azerbaijan | 5.67 | 7.85 | 1.01 | 2.38 | 1.39 | 4.17 | 4.18 |
Belarus | 7.74 | 53.23 | 59.22 | 18.31 | 18.12 | 13.53 | 11.84 |
Georgia | 7.11 | 8.54 | -0.94 | -0.51 | 3.07 | 4.00 | 2.13 |
Kazakhstan | 7.12 | 8.35 | 5.11 | 5.84 | 6.72 | 6.65 | 14.51 |
Kyrgyz Republic | 7.97 | 16.50 | 2.69 | 6.61 | 7.53 | 6.50 | 0.42 |
Tajikistan | 6.42 | 12.43 | 5.83 | 5.01 | 6.10 | 5.71 | 6.00 |
Turkmenistan | 4.80 | 5.60 | 6.50 | 6.00 | 4.42 | 7.00 | 6.17 |
Ukraine | 9.38 | 7.96 | 0.56 | -0.28 | 12.19 | 48.72 | 13.90 |
Uzbekistan | 7.20 | 7.40 | 7.00 | 6.80 | 6.10 | 5.60 | 5.70 |
Russian Federation | 6.85 | 8.44 | 5.09 | 6.74 | 7.83 | 15.53 | 7.05 |
Rusiya ətrafında sanksiyalar rejiminin gücləndirilməsi post-sovet ölkələri üçün ciddi neqativ təsirlər göstərir. Neft və qaz sektorundakı qiymət düşməsi ilə bağlı geriləmə qeyri-neft sektoruna investisiyaların artılımasına, o cümlədən inkişafına münbit şərait yaratmasına baxmayaraq, tətbiq olunan sanksiyalar MDB regionunda qeyri-stabil maliyyə vəziyyətinin başılıca səbəblərindən birinə çevrilir. Rusiya Federasiyası ilə ticarət, post-sovet ölkələrindən olan emmiqrantların məşğulluğuna bağlı pul köçürmələri və maliyyə alətləri vasitəsi ilə region ölkələrinin milli iqtisadiyyatlarına iqtisadi böyümədə, valyuta məzənnələrində volatilliyə, inflyasiya göstəricilərində öz mənfi təsirlərini göstərir. Ukrayna böhranına bağlı sanksiyaların necə və nə qədər davam edəcəyi Rusiya və Qərb ölkələləri arasındakı ikitərəfli siyasətdən asılı olacaqdır.
İSTINADLAR
¹ Sharkov, Damien (19 June 2015). “Russian sanctions to ‘cost Europe €100bn'”. Newsweek.com. Retrieved 1 November 2017.
² “I reiterate, we are talking here about protection of our citizens and compatriots, about protection of the most fundamental of the human rights – the right to live, and nothing more,” Lavrov told on Tuesday the UN Council on Human Rights in Geneva.
³ Russian President Vladimir Putin attends a press conference at the Kremlin in Moscow on March 5, 2015 (AFP interview)
⁴ Рокировки в СБУ. Кто такие Маликов, Остафийчук и Фролов [Castling the SBU. Who are Malikov, Ostafiychuk and Frolov]. Novoe Vremia (in Russian). 25 June 2015. Retrieved 1 January 2016.
⁵ “Russia hits West with food import ban in sanctions row”. BBC News. 7 August 2014.
⁶ Payton, Laura (7 August 2014). “Russia sanctions: Vladimir Putin retaliates, sanctions Canada”. CBC News.
⁷Russian Federation Federal State Statistics Service
http://www.gks.ru/wps/wcm/connect/rosstat_main/rosstat/en/figures/activities/
⁸ World Bank http://www.worldbank.org/
⁹ International Monetary Fund http://www.imf.org/external/index.htm
¹⁰ Yan Dong, Chunding Li (2018) Economic sanction games among the US, the EU and Russia: Payoffs and potential effects.