Rəqəmsal qitə
Böhranlar təzə nəyinsə meydana çıxmağına imkan verir. Eyni hal indi də baş verir.
Amerikanın qiymətli kağızlar bazarının, subordinar ipoteka istiqrazlarının 2007-ci ildə iflası milli sərhədləri tez bir zamanda ötüb bütün dünyanı heyrətləndirdi. 2008-ci ildə başlayan dünya maliyyə böhranının başa çatması gözlənilmir. Lakin, vaxtaşırı olaraq, böhranlar təzə nəyinsə meydana çıxmasına imkan verir. Eyni hal indi də baş verir. Bir sıra ölkələr və sahələr böhrana qapıldıqda, salamat qalmaq məqsədi ilə özünə pul və müxtəlif güzəştlərin ayrılmasının lobbisini həyata keçirdikdə, digərləri sürətli artım nümayiş etdirirlər. Bu məqalədə biz inanılmaz artım və inkişaf yaşayan sahələrin birini göstərmək istəyirik. Söhbət elektron fiat olmayan pullardan gedir.
ELEKTRON PULLAR
Materialı ifadə etməyə başlamazdan əvvəl, müəlliflər bir sıra istifadə olunan terminləri dəqiqləşdirməyi məqsədə uyğun hesab edirlər. Kriptovalyutalara emitenti məlum olmayan elektron pullar aid edilə bilər (məsələn, bitcoin), yaxud, bu da əhəmiyyətlidir, emissiyanın əsas məqsədi heç bir aktivlərə əsaslandırılmamış yüksək səviyyəli spekulyativ maliyyə alətinin yaradılmasıdır. Elektron fiat olmayan pullar (daha sonra EP) bizim üçün adət halını almış şəkildə pul deyil, o maddi (deyək kağız) formada mövcud deyil, Mərkəzi Bankın öhdəlikləri deyil (banknotlar) və, daha doğrusu qapalı vəzifələrin yerinə yetirilməsi üçün jetonlardır (tokenlər).
Elektron fiat olmayan pullar üç qrup emitentlər tərəfindən buraxılır: korporasiyalar, regionlar və şəhərlər, milli hökumətlər. Bu halda, EP emitenti bazarda tanınır, söhbət bölgələr və hökumətlər haqda getdiyi halda öz aktiv və passivləri, və/və ya vergi, inzibati və digər resursları ilə öz öhdəliklərinin yerləşdirilməsini təmin edir. Digər mühüm amillərdən biri, əsasında kriptovalyutalar və elektron pullar
inkişaf edilən baza texnologiyası blokçeynin olmasıdır, bu da əvvəlki pul dünyasının paradiqmaları çərçivəsində bank sahəsi tərəfindən odənilən xidmət üzrə daha uçuz olan demərkəzləşdirilmiş informasiya və ödəmə sistemlərin yaradılmasına imkan verir. Çox vaxt deyirlər ki, blokçeyn texnologiyaları dünyada inqilab edirlər, o cümlədən maliyyə sahəsində. Bu fikri təsdiqləyən bir neçə
aspektləri göstərmək istərdik. Məsələn, köhnə paradiqma əsasında mövcud olan bank sistemi çoxdan milli çərçivədən çıxmış şaquli iyerarxiyaya malikdir. Məsələn FATCA tələbləri yalnız bank sirrini deyil, həmçinin bir çox ölkələrin bank sahəsinin milli suverenliyinin qalıqlarınıda ləğv ediblər. Ənənəvi bank – maliyyə sahəsi yüksək tranzaksion xərclər yaradır, ödənişlər uzun müddət ərzində keçirilir (bəzən bir həftə və daha çox), özünü DDOS-dan qoruya bilmir – müştərilərin hesablarına hücum və pulların oğurlanması.
Öz növbəsində, blokçeyn – hamı bir-biri ilə bağlı olan paylaşma şəbəkəsidir, ödənişlər 10 və daha çox dəfə ucuz olaraq bankların vasitəçiliyinə ehtiyac olmada onlayn şəklində həyata keçirilir. Bununla belə, blokçeyn texnologiyasına əsaslanan məhsullar və xidmətlər inanılmaz rəqabət üstünlüyünə malikdir.
RƏQƏMSAL QİTƏ
Məlum olduğu kimi, əvvəlki böyük böhranlar, kapitalizm əmək bölgüsü sisteminə daha çox xalqlar və ölkələr daxil edərək, bütün qitələrə ayaq basaraq, pulun tədavül sferasının və satış bazarlarının genişləndirilməsi hesabına aradan qaldırırdı. Lakin 21-ci əsrin əvvəlində, genişlənməyə, frontiri, üfüqü yerindən tərpətməyə daha imkanı olmadan, kapitalizm sistemli böhrana daxil oldu. Kapitalizm özünün indiki modelində kapitalın səmərəliliyinin tükənməsi və məcmu borcunun genişləndirilməsində inkişaf tavanına dirənib, həmçinin təbii ehtiyatlar üzrə ətraf mühitə ekoloji yüklənmə həddinə yaxınlaşıb. Yer kürəsində mənimsənilməsi üçün yeni qitə qalmayıb. Lakin, gözlərimiz önündə yeni “qitə” — rəqəmli yaranır!
Belə ki, onun mənimsənilməsini niyə başlamayaq? Oxucuya həmin fenomenə diqqət yetirmək, yeni imkanları qiymətləndirmək imkanı verən rəqəmsal qitənin bir neçə xarakteristikalarını təqdim edəcəyik.
Dünya sənaye (modern) istehsal üsullarından postsənaye üsullarına (postmodern) doğru keçid şəraitində yaşayır.
Postmodernin əsas xüsusiyyəti məhsulun tiraj olması (istehsalı) prosesində, həm də belə istehsalın operativ idarəetmə prosesində insanın olmamasıdır. Əmək bazarı strukturu yaşadığı prosesləri D.Autorun əyrisi yaxşı nümayış etdirir. D.Autor tərəfindən keçirdiyi tədqiqatın nəticəsi orta sinif ənənəvi olaraq məşqul olduğu peşələrin robotizasiyasının və avtomatlaşdırılmasının sürətlənməsinin baş vermə faktının ifşa edilməsidir. Əmək bazarında olan insanlar istehsalın müasir texnologiyaların tətbiqi mümkün və ya rentabel olmayan aşağı və az ödənişli olan seqmentinə sıxışdırılıb aradan çıxardırlar. Əmək bazarının yuxarı seqmentini motivasiya yarada bilən, rəqəmsal texnologiyalar (rəqəmvizasiya) vasitəsilə idarəetmə, məhsulların yaradılması ilə məşğul olan peşə nümayəndələri tutur. Əlbəttə, istehsal üsullarının dəyişilməsi əmək bazarı vasitəsilə cəmiyyəti dəyişərək sosial münasibətlərin dəyişilməsinə gətirib çıxarır. Əgər premodern dövründə hakimiyyətin mənbəyi torpaq sahibi olmaq və orada məhsullar (mal-qara, məhsul) yaratmaq idi, modern dövründə — kapital və istehsal gücü, postmodern dövründə isə hakimiyyətin mənbəyi informasiya resursları və biliklər, əlaqə strukturları və şəxsi əlaqələr (“sosial şəbəkələr”) olur. Əvvəlki texnoloji inkişaf zamanı sivilizasiya tərəfindən məlumatlar mübadiləsinin inkişaf etmiş və kifayət qədər sürətli şəbəkəsinin yaradılması səbəbindən, maşınlar (ötürücülər) arasında olan məlumat mübadiləsinin həcmi insanlar arasında olan məlumat mübadiləsindən daha çox olan növbəti mərhələyə keçmək mümkün oldu. Gözlənilir ki, artıq 2020-ci ilə 30 milyarddan artıq qurğular İnternetə qoşulmuş olacaq. Maşınlar, cihazlar, sensorlar, şəbəkələr və bütöv idarəetmə sistemləri bir-biri ilə “ünsiyyətə” başlayır. Bütün bunlar yeni “rəqəmsal” qitəsində mənimsəməyi mümkün olan yeni inkişaf resursları yaradır.
Üstəlik, bu “rəqəmsal” qitəsində valyuta bazarı yaranıb və sürətlə inkişaf edir. Söhbət kriptovalyutalardan və elektron pullardan gedir. Bu aspektdə biz bir qədər ətraflı dayanmaq istərdik.
PUL KONTURLARI
Fiat olmayan ödəniş vasitələrin inkişaf təkamülü iki kateqoriyaların yaradılmasına gətirib çıxarıb: kriptovalyutalar və elektron pullar. Kriptovalyutalar spekulyativ əməliyyatların təşkili məqsədilə buraxılır, əslində yeni forex, və heç bir təminata malik deyillər, elektron pullar isə konkret emitentin simasında təmin edilirlər. Bu qismində korporasiylar, yerli hakimiyyət orqanları çıxış edir, məsələn, şəhər və milli hökumətlər. Bununla yanaşı, elektron pullar adi fiat pullardan bir sıra mühüm fərqlərə malik ola bilərlər. Məsələn, onlar müəyyən müddətə yerləşdirilə və fiat pulların cəmi bir və ya bir neçə funksiyalarını özünə daxil edə bilərlər. Təsadüfi deyil ki, ilk kriptovalyuta — bitcoin 2009- cu ildə dövriyyəyə gəlir. Biz xatırlayırıq ki, heç cür başa çatmaq istəməyən dünya maliyyə böhranı 2008-ci ildə başlayıb. Bu günə, dünya bank sahəsi və bir çox hökumətlər borclar ilə həddindən artıq yükləndiyi anda, iqtisadi fəallığın stimullaşdırılmasına yönəldilmiş adi tədbirlər səmərəli olmur, yalnız borcların daha da artmasına səbəb olur. Azərbaycan ilə bağlı halda, iqtisadiyyatın monetləşdirmə səviyyəsinin aşağı olması (təqribən 25%),
dollarlaşma səviyyəsinin yüksək olması (təqribən 80%) müşahidə olunur, bu da pul dövriyyəsinin sağlam vəziyyətdə olmadığını göstərir. Eyni zamanda, kommersiya kreditləri üzrə çox yüksək dərəcələr müşahidə olunur. Məlum olduğu kimi, inkişaf edən ölkələrin iqtisadiyyatının monetləşdirmənin normal səviyyəsi ÜDM-nin 60-100% olmalıdır. Azərbaycanın Mərkəzi Bankı təkrar maliyyələşdirmə kreditlərini lazımi qədər təqdim etmədiyindən, manat milli iqtisadiyyatın artmasının investisiya resursu olmadı.
Azərbaycanda korporativ və milli elektron pulların meydana gəlməsi halda, iqtisadiyyat inflyasiya əsasında olmayan iqtisadi artımın sürətləndirilməsi resursuna malik olacaq. Bu zaman, elektron pulların fiat pulları əvəz etməsi haqda söhbət getmir.
Əlbəttə yox. Fiat pullarının emissiyası, onların dövriyyəsi, valyuta dəyişməsi və kredit əməliyyatları mərkəzi bankın və kommersiya bankların səlahiyyətində olaraq qalmalıdır. Eyni zamanda, elektron pullar cəmiyyətə və dövlətə gələcəkdə iqtisadiyyatı kreditləşdirən bank sistemini öncə “müalicə etmək” zərurətliyi olan xətt strategiyası əsasında hərəkət etməməyə imkan verəcək. İndi bunu paralel etmək olar. Əslində, söhbət nəğdsız və qeyri kredit əsasında iqtisadiyyatın qeyri maliyyə sektorunu lazımi ödəniş vəsaitlər ilə — elektron pullar ilə təmin edəcək, ikinci, qapalı pul konturun yaranması haqda gedir. Birinci kontur fiat pul konturu qalır. Bir konturdan digərinə giriş və çıxış yaxşı maliyyə “səhhətinə” malik olan bir necə müvəkkil banklar vasitəsilə həyata keçirilə bilər.
Cəmiyyətdə böhrandan yorğunluq müşahidə olunur. Hamı mükəmməlləşmək və inkişaf etmək istəyir. Düşünürük ki, daha cəld fəaliyyət göstərməyə, o cümlədən, maliyyə sahəsində innovasiyaları tətbiq etməyə vaxt gəlib.
FƏRHAD ƏMİRBƏYOV
ESMİRA ƏHMƏDOVA