Fərhad Fikrət oğlu Əmirbəyov
Fərhad Fikrət oğlu Əmirbəyov
1991-ci ildə “Mexanika mühəndisliyi” üzrə Azərbaycan Neft və Kimya İnstitutunu (hazırda ADNSU), 1998-ci ildə isə ADİU-nin “Maliyyə və kredit” fakültəsini bitirib.
Sənaye sahəsində 8 il, maliyyə sahəsində isə 22 il çalışan Əmirbəyov, elmin müxtəlif sahələrində ekspert kimi formalaşıb, bir çox ixtira və patentlərin, çoxsaylı elmi məqalələrin, çıxışların və nəşrlərin müəllifidir. Hazırda Fərhad Əmirbəyov makroiqtisadiyyat sahəsində elmi araşdırmalar aparır.
Müntəzəm olaraq təcrübə ilə bölüşmək və tələbələrdən rəy almaq istəyi Əmirbəyovun ADİU-da “Texnologiyalar və qlobal rəqabət” mövzusunda məruzələr oxumağına stimul oldu. 2013-cü ilin dekabr ayından etibarən O, Azərbaycan Risk Menecerləri Assosiasiyasında mütəmadi olaraq “Divan” Ekspertlər Şurasının iclaslarını təşkil edir. Bundan əlavə, Əmirbəyov elmin və start-ap hərəkatının inkişafı üçün Azərbaycan universitetlərinə dəstək göstərir.
Fərhad Əmirbəyovun fəaliyyətinin prioritet sahələrindən biri orta və iri biznesə, habelə dövlət qurumlarına və fərdlərə qlobal və regional dəyişikliklər nəticəsində yaranan yeni reallıqlar üzrə konsaltinq xidmətləri göstərməkdir.
2017-ci ilin fevral ayınadək Əmirbəyov AR təhsil nazirinin müşaviri vəzifəsində çalışıb.
Hal-hazırda UNEC Tədqiqat Fondunun prezidenti eyni zamanda Təhsil İnstitutunun direktor muavini və 2018-ci ilin yanvar ayından etibarən Azərbaycanda kriptovalyuta ticarətinin inkişaf etdirilməsi ilə bağlı yaradılan işçi qrupunun üzvüdür.
Evlidir, bir oğlu var.