İranın JCPOA-dan sonra Avropaya qaz ixracı potensialı və Türkmənistanın enerji resurslarının nəqli və tədarükünün diversifikasiyasının mövcud istiqamətləri
Leyla Nağıyeva
Bakı Dövlət Universitetinin Beynəlxalq Münasibətlər və İqtisadiyiyat fakültəsinin doktorantı
Xülasə
Bu məqalə dünyada rəqabət şəraitində və avro-enerji seqmentlərində əsas tendensiyaların açıqlanmasına həsr olunub. Elmi iş Aİ-nin Aİ ölkələrinə neft və qaz tədarükünün şaxələndirilməsi ilə bağlı mövqeyi, eləcə də Rusiyadan enerji təchizatından asılılığının azaldılması məqsədi ilə İran və Türkmənistanın enerji resurslarının Avropanın enerji bazarlarına ixracının rolu, yolları araşdırır.
Açar sözlər: İran, AB, enerji qaynaqları, Türkmənistan, ixrac, diversifikasiya
Avropa Birliyinin təbii qaz tədarükünü diversifikasiya etmək və enerji balansı sistemində dəyişikliklər fonunda, eləcə də enerji təhlükəsizliyi risklərinin siyasi olaraq müəyyənləşdirilməsi istiqamətində artan səyləri kontekstində İran və Türkmənistan Avropa bazarına potensial təchizatçına çevrilmişdirlər. İran Rusiya və Qətər ilə müqayisədə daha böyük təbii qaz və neft ehtiyatlarına malikdir. Bu ehtiyatlar məlum sanksiyaların tətbiqi nəticəsində lazımi xarici kapital və investisiyalara mane olaraq inkişaf etməmişdir. Nüvə razılaşması və sanksiyaların yumşaldılması nəticəsində İranın son on ildə qarşılaşdığı bir çox maneələr aradan qaldırılsa da, dünya səviyyəli qaz ixracatçısı olma yolunda ciddi çətinliklərlə üzləşmişdir[5].
Türkmənistana gəldikdə isə, Türkmənistan Mərkəzi Asiya ölkələri arasında dördüncü ən böyük təbii qaz ehtiyatlarına sahib olan Orta Asiya ölkəsidir, hansı ki Rusiyadan yanacaq ixracını diversifikasiya etməyə çalışır və bu məqsədlə 2014-cü illə müqayisədə idxalı ildə 11 million kubmetrdən 4 million kubmetrə qədər azaltmışdır. Enerji təchizatında öz asılılığını Rusiyadan azaltmaq istəyən Avropa Birliyi 2019-cu ildən etibarən Türkmənistandan təbii qaz almağa başlayacaqdır [6]. Rusiya hazırda Avropada qaz ehtiyaclarının üçdə birini təmin edir, lakin Krımın ilhaqı və Rusiyanın şərq Ukraynadakı hərbi münaqişədə iştirakı AB üçün alternativ mənbələrdən qaz axtarmaq üçün əlavə təkan verdi. Aİ-nin siyasəti üzv dövlətlər arasında daha sıx əlaqələrə əsaslanan enerji ittifaqı, yeganə enerji və qaz bazarının Rusiyanın dominant mövqeyini, xüsusən də qaz bazarında məhdudlaşdırmağı nəzərdə tutur. Aİ-nin müasir mövqeyi Transxəzər boru kəməri daxilində strateji istiqamətdə daha böyük addımlar atmağı hədəfləyir [2].
İranla P5 + 1 ölkələri (BMT-nin Təhlükəsizlik Şurasının beş daimi üzvü +Almaniya) arasında birgə kompleks tədbirlər planı (JCPOA) imzalanandıqdan sonra, İran qlobal arenada təbii qaz və enerji qaynaqları üzrə potensial böyük oyunçu kimi hesab olunmağa başladı. AB-nin 2016-cı il hesabatına əsasən, İran dünya üzrə ən böyük təbii qaz ehtiyatlarına malikdir (18,2%). Lakin nüvə ilə bağlı olan sanksiyalar aradan qaldırılan kimi, İran neft sektorunda xarici investisiyaların nisbətən yavaş axınına qarşı mübarizə aparmağa başladı. İmzalanmış əvvəlki sazişlər beynəlxalq neft şirkətlərin İranda neft sahəsində fəaliyyətlərini məhdudlaşdırırdı. Hərçənd ki, İran Avropanın enerji bazarında gələcək potensial oyunçu kimi qəbul olunurdu, daxili, regional və qlobal səviyyəli bir çox amillər İranın Avropa enerji sahnəsində aktiv oyunçuya çevriləcəyini işarə verirdi. İran təbii qazının ixrac problemləri əsasən ölkənin daxilindən gəlir, və burda məhdud xarici investisiya və təcrübə faktorlarına yüksək istehlak dərəcəsi faktoru əlavə olunur. Lakin İranın daxili səviyyədə qarşılaşdığı problemlər əsasən siyasi qeyri-müəyyənliyə bağlıdır.
İran neftinin 37% -i Avropaya, 63% -i isə Asiya ölkələrinə ixrac olunur. Avropanın İran neftinin əsas alıcıları Holland-Britaniya şirkəti olan “Shell”, Fransız şirkəti olan “Total”, İtalyan şirkəti olan “Eni”, Yunan şirkəti “Helenic Petroleum” və İspan şirkəti “Repsol”dur. 2016-cı ildə sanksiyalar dövrünün sona çatmasından sonra Avropa ölkələrinə “qara qızıl”ın ixracatı 300% artıb [8].
İranın Avropaya təbii qaz ixracı sahəsində regional güc olmaq üzrə planları Tehran 1994-cü ilin avqustunda Türkmənistan neftini Şimali İran vasitəsi ilə Türkiyiyə və ordan isə Avropaya daşıyacaq bir boru kəməri ideyasını təklif etdiyi andan reallaşmağa başladı. Boru kəməri 1997-ci ildə açıldığı halda, layihə yenidən ixrac üçün lazımi məbləği əldə edə bilmədi [3]. 1990-cı illərin sonlarında Türkmənistan təbii qazını Bolqarıstana və daha sonra isə Qərbi Avropaya ixrac etmək üçün təklif olunan digər planlar siyasi çətinliklər səbəbindən ləğv olundu, çünki İrana tətbiq edilən ABŞ sanksiyaları bu cür geniş miqyaslı layihəyə başlamağa mane olurdu. Ölkədə Avropaya qoşulmaq üçün hazırda mövcud olan planlar Azərbaycan təbii qazını Türkiyə vasitəsilə Avropaya, yəni Trans Anadolu qaz boru kəməri (TANAP) və Trans Adriatik boru kəməri (TAP) layihələrinə əsaslanır [9]. Hər iki boru kəmərinin əsasını qoyan Azərbaycan, Türkiyəyə ildə 6 milyard kubmetr təbii qaz ixrac edəcək, Avropalı alıcıları üçün isə Şahdəniz ildə 10 milyard kubmetr qaz ixrac edəcək. TANAP 2019-cu ilə qədər, TAP isə 2020-ci ildə açılacaq. İran 2020-ci ildən etibarən TANAP-TAP boru kəmərləri vasitəsi ilə Avropaya nisbətən az miqdarda təbii qaz göndərməyə başlaya bilər və bu rəqəm 2020-ci ilədək boş mədən və sahələrdən daha çox qaz çıxarma qabiliyyətinə malik olmasına əsaslanaraq artırıla bilər [12].
Türkmənistan üçün öz ixrac variantlarını diversifikasiya etmək çox vacibdir, AB üçün isə öz idxalını şaxələndirmək zəruridir. Azərbaycan və Türkiyəni əhatə edən “Cənub qaz dəhlizi” adı ilə Xəzər dənizindən türkmən qazının Avropaya nəqli üçün nəzərdə tutulan layihə siyasi, ekoloji və maliyyə qeyri-müəyyənlik səbəbindən uzun illərdir ki dondurulmuş vəziyyətdədir[14] . Ötən il Türkmənistan və Türkiyə Xəzər dənizindəki Azərbaycan Şahdəniz II yatağından qaz çıxarılmasını nəzərdə tutan Trans Anadolu qaz kəməri (TANAP) layihəsi çərçivəsində qaz tədarükünə dair çərçivə sazişi imzalamışdırlar. TANAP-a qoşulmaq üçün Türkmənistan Xəzər dənizində Rusiya, Qazaxıstan, Türkmənistan, İran və Azərbaycan arasında mübahisəli ərazi hesab olunan “300-cü kilometr” adlanan ərazidə (187 mil) öz birləşməsini qurmalıdır [4]. TANAP tikintisinin 2019-cu ilin sonuna qədər başa çatdırılması, 2019-cu ildə isə “Şahdəniz II” yatağından qaz tədarükünün başlanması nəzərdə tutulur [10].
Ümumi uzunluğu 3500 km olan Cənub Dəhlizi boru kəməri Azərbaycanın Şahdəniz yatağını Xəzər dənizi vasitəsi ilə İtaliya ilə birləşdirəcəkdir. Azərbaycan Respublikası neftlə zəngin və sürətlə inkişaf edən bir ölkə olaraq, hazırda İranın qonşu ölkələri arasında ümumi idxal dəyərinə görə dördüncü yerdədir. Ötən il ölkə idxalata 7 milyard dollardan artıq sərf etmişdi, İranın ixracı bu məbləğin yalnız 5 faizini tutmuşdur [16].
Boru kəməri Gürcüstan, Türkiyə, Yunanıstan və Albaniyadan keçirilərək, layihənin qiyməti təxminən 40 milyard dollar həcmində olacaq. Bu məbləğin böyük qismi 2020-ci ilin ikinci yarısında investisiya yatırılacaq və illik qaz keçirmə qabiliyyəti təxminən 16 milyard kubmetrə bərabər olacaq. Boru kəmərinin terminal qabiliyyəti ildə 31 milyard kubmetr təşkil edir, amma bunlara nail olmaq üçün stansiyalar Türkmənistan, İran, İraq, Misir və hətta İsraildən tədarük ediləcək qaz təzyiqini və yeni qaz ehtiyatlarını artırmalıdır. Avropa Komissiyasının sözçüsü Berger, Avropanın Türkmənistanın qaz ixrac bazarlarını diversifikasiya etməsinə kömək etməyi planlaşdırdığını söylədi. 2016-cı ilin əvvəlində Rusiya Türkmənistandan qaz idxalını azaldıb. Aşqabad bu il İrana 1,8 milyard dollar borcu səbəbiylə İslam Respublikasına qaz tədarükünü dayandırdı və hazırda Çində ildə 30 milyard kubmetrdən çox Türkmən qazı alan tək qaz alıcıdır. Türkmən qazının Avropaya çatdırılması üçün iki yol var: İran ərazisindən və ya Xəzər dənizinin altındakı bir sualtı boru kəməri vasitəsi ilə. Ancaq İran artıq bir neçə dəfə bu layihəyə qarşı çıxaraq, öz ərazisi vasitəsilə, yəni quruda, boru kəmərinin qurulmasını daha asan və əlverişli hesab etmişdir.
İki ölkənin tranzit sahəsində əməkdaşlığının nümunəsi Türkmənistan qazının İran vasitəsilə Türkiyəyə satılmasıdır. Burdan Türkmən qazı Avropaya birbaşa çıxış əldə edir. İran vasitəsi ilə üçüncü ölkələrə qaz ixrac etmək ideyası 90-cı illərdə ortaya çıxdı. Daha sonra “Shell” İran və Türkiyə vasitəsilə Avropaya transmilli qaz boru kəmərinin tikintisi üçün texniki-iqtisadi əsaslandırma hazırlamağa başladı. Lakin layihə Qərbin Tehranın nüvə proqramına qarşı ehtiyatlı davranması səbəbindən sonradan təxirə salınmışdır [13]. Həyata keçmiş layihələrin nümunəsi kimi Türkmənistan qazının İran İslam Respublikasına iki yeni marşrut üzrə nəqlini həyata keçirən layihələri göstərmək olar: 1) Korpeje (Türkmənistan) – Kurtkui (İran) və Dovletabad (Türkmənistan) və 2) Seraxlar (Türkmənistan-İran sərhədi) – Hangaran (İran). 2014-cü ildə bu boru kəmərləri vasitəsilə İslam Respublikasına 5.9 milyard kubmetr Türkmənistan təbii qazı verilib. Qaz boru kəmərlərinin ümumi daşıyıcı gücü ildə 20 mlrd. kubmetrə çatdırılmasına imkan yaradır. Şərq və qərb istiqamətlərində qaz tədarükü marşrutlarının diversifikasiyası ilə yanaşı, Türkmənistan diqqətini cənub ixrac istiqaməti, yəni İrana yönəldib. Öz növbəsində, Tehran həmçinin Türkmənistan qazına maraq göstərir və Türkmənistanla enerji əməkdaşlığının genişləndirilməsi məqsədi ilə Xəzər karbohidrogenlərinin xarici bazarlara ixracı üzrə layihələrin həyata keçirilməsində onun cəlb edilməsinə səy göstərir [11].
Türkmənistan və İran arasında qaz münaqişəsi 2017-ci ilin yanvar ayının 1-dən İran tərəfi Türkmənistandan təbii qaz qəbulun alınmasını dayandırdıqdan etibarən başlamışdır. İMNŞ (İran Milli Neft Şirkəti) öz şərhlərində təchizatların dayandırılması barədə yazarkən, Türkmənistan Xarici İşlər Nazirliyi həll edilməmiş borc problemi səbəbiylə “məcburi məhdudlaşdırma” etdiklərini ifadə etmişdir. Türkmənistan Xarici İşlər Nazirliyinin məlumatına görə, mübahisənin səbəbi kimi göstərilmiş borc 1,8-2 milyard dollar olaraq qiymətləndirilir. Yanvar ayında İMNŞ beynəlxalq arbitraj müraciət edilməsini mümkün olduğunu bildirdi. Məlumata görə, İMNŞ-nin Türkmənistana təbii qaz təchizatçılarına olan borcu 2007-2008-ci ilin qışında, soyuq hava şəraitinə görə İran Türkmənistandan alınan qazın həcmini artırmağa məcbur olduğunda yaranmışdır. Bəyanatlara görə, İranın indiki prezidenti Həsən Ruhaninin administrasiyası son 3,5 ildə Türkmənistana təbii qaz təchizatçılarına olan borcu mütəmadi şəkildə ödənildiyini iddia edir. Əvvəlki borclar əvvəlki hökumətin vaxtında formalaşmışdı və prezident administrasiyasına görə, onların qiymətləndirilməsi türkmən tərəfi ilə müzakirə olunmalıdır.
2010-cu ilin iyulundan etibarən həcmi çox olmasa da Türkmənistan nefti Xəzər dənizi boyunca tankerlərlə Bakı-Tbilisi-Ceyhan neft kəməri vasitəsi ilə Ceyhan limanına göndərilməyə başlamışdır. Bu günə qədər boru kəməri 1 milyon 57 min barreldən çox xam neft nəql etmişdir. 2014-cü ilin birinci yarısında Xəzər dənizinin Türkmənistan hissəsində fəaliyyət göstərən Dragon Oil (BƏƏ, Böyük Britaniya), xammalın ixracını 5,9 milyon barelə çatdırdı və bu, əvvəlki ilə nisbətən 5,7 milyon barrel çoxdur [7]. Türkmənistan şirkətləri təbii qazla təminat sahəsində xarici şirkətlərlə əməkdaşlıq etməkdə davam edirlər ki, tərəfdaşlığın əsas prinsipləri olan qarşılıqlı maraq və faydanın mövcudluğu və, həmçinin, dünya maliyyə-iqtisadi vəziyyətindən asılı olaraq qaz sektorunda qarşılıqlı əlaqələrin qurulması davam etdirsinlər.
Türkmən qazının Avropaya ixracı üçün bir neçə şərtin vardır. İran və Rusiya Xəzər dənizinin Türkmənistan və İran ərazilərində qaz kəmərinin tikintisinə qarşı çıxırlar. Ancaq İran rəsmiləri dəfələrlə Türkiyənin və Avropa bazarlarının deyil, digər bölgələrdə Türkmənistan qaz kəmərlərinə qatılmağa hazır olduğunu bildirmişlər. Bundan əlavə, həm Cənubi Boru Kəmərinin səhmdarları, həm də Türkmənistan qazını alan Avropalı şirkətləri hələ həyata keçirilməmiş alqı-satqı müqaviləsinə imza atmalıdırlar.
Həmçinin, Türkmənistan İran, Rusiya və Qətərdən sonra dördüncü qlobal qaz tədarükçüsü olsa da, qaz ehtiyatlarının böyük hissəsi Xəzər dənizindən 1000 kilometr məsafədə olan ölkənin şərqində yerləşir. “Xəzər dənizinin dərinliyini hesablasaq, Türkmənistanın qaz yataqları ən yaxşı halda İtaliyadan təxminən 5000 km məsafədə olacaq və qaz tranzitinin xərcləri həddindən artıq çox olacaq, Buna görə Türkmənistan qazını ucuz satmalı və Avropada asanlıqla digər ixracatlçılara satılmalıdır [15]. Türkmənistanın Xəzər dənizində bir neçə kiçik qaz yataqları var ki, bu da Xəzər dənizindəki Azərbaycan neft və qaz yataqlarına boru kəmərləri vasitəsi ilə birləşə bilər. Lakin nəql olunan qazın həcmi az olacaq. Buna əsaslanaraq demək olar ki, Türkmənistan Cənubi Dürədə təzyiq stansiyası qurmaq üçün milyardlarla dollar sərmayə yatırmalıdır.
İran və Türkmənistanın zəngin ehtiyatları ilə dünya bazarlarında təbii qazın əsas ixracatçısı olma potensialına malik olmasına baxmayaraq, yeni islahatlar keçirilməyənədək İranın energetika sektorunun daimi nəzarət altında olması orta və uzun müddətli siyasətin inkişaf perspektivlərinə zərər vuracaqdır. Yaxın Şərqdə İran qlobal qaz bazarlarında əsas tərəfdaş olan Rusiya ilə siyasi ittifaq qurmuşdur. Tehran ilə Moskva arasındakı Yaxın Şərqdəki uzunmüddətli strateji əməkdaşlıq perspektivləri hələ də aydın olmasa da, Tehranın AB-də gələcək enerji planları artıq aydınlaşır. Bu amillər İranın Avropa üçün uzun müddətli və etibarlı daimi qaz tədarükçüsü kimi özünü sübut etmək qabiliyyətində olduğuna şübhə yaradır.
Nəticə
Aİ-də siyasi qeyri-müəyyənlik blokun enerji təhlükəsizliyi və üzv dövlətlər arasında enerji həmrəyliyə birbaşa təsir göstərir. Breksit-dən sonra və qeyri-müəyyən siyasi vəziyyət qarşısında, harda ki Rusiya Avropada öz bazar payını saxlamaq və hətta artırmaq istəyindədir, İran və Türkmənistan kimi Aİ-nin kənar şərti qaz tədarükçüləri Moskva ilə sərt rəqabətə girmiş olacaqlar. Bu baxımdan, tədarükün diversifikasiyası və potensial təchizatçılarla əməkdaşlıq Brüssel üçün getdikcə daha böyük əhəmiyyət kəsb etməyə başlayır. Neft və təbii qazın böyük ehtiyatlarına malik olan İran və Türkmənistan, çoxfunksiyalı boru kəməri sisteminin genişlənmiş şəbəkəsini yaratmaqla təmiz enerji mənbələrinin istehlakçılarına çevrilməklə yanaşı etibarlı və uzunmüddətli çatdırılma təmin edən nəqliyyat infrastrukturunun şaxələndirilməsi sahəsinə də maraq göstərirlər.
Enerji sektorunun səmərəliliyinin artırılması məqsədi ilə Aİ-nin İranla əməkdaşlıq etmək cəhdləri blokun uzunmüddətli enerji təhlükəsizliyi strategiyasını dəstəkləyir. İranın enerji sektorunda daha səmərəli infrastrukturun tətbiqi və bərpa olunan enerji mənbələrinin daxil edilməsi gələcəkdə Avropa Birliyinə ixrac edilə biləcək təbii qaz qaynaqların yaradılmasına gətirib çıxaracaq. İranda təbii qaz istehlakının artması son zamanlarda ölkənin ixrac layihələrinə qoşulmaması və hətta effektiv şəkildə idarə edilməməsi ölkənin enerji təhlükəsizliyi üçün təhlükə kimi qiymətləndirilməyə başlamışdır. Buna əsaslanaraq deyə bilərik ki, İran 2025-ci ilədək dünyanın ən böyük təbii qaz idxalçısına çevriləcəkdir.
Ədəbiyyat:
- «Iran Boosts Gas-Output Capacity with New Projects at Giant Field,»Bloomberg, https://goo. gl/BerVRy (accessed in 19 April 2017).
- The Energy Union’s five dimensions: policy observations at Member State and EU level. ANNEX 2 to the Communication from the Commission Second Report on the State of the Energy Union. COM(2017) 53. 1.2.2017. P. 3
- Juncker J.-C. A new start for Europe: my agenda for jobs, growth, fairness and democratic change. Political guidelines for the next European Commission. Opening Statement in the European Parliament Plenary Session. Strasbourg, July 15, 2014.
- The James A. Baker III Institute for Public Policy, International Gas Trade in Central Asia: Turkmenistan, Iran, Russia and Afghanistan, https://goo.gl/1iRZun(accessed in 22 April 2017). 59 Ibid., 15.
- BP, BP Statistical Review of World Energy June 2015, p. 22; llham Shaban (director of the Azerbaijan Centre for Oil Studies, Baku), ‘Milestone Year for Turkmen Gas Export to China?’, Natural Gas Europe, 10 February 2015, http://www.naturalgaseurope.com/milestoneyear-in-turkmen-gas-export-to-china. 242 Pirani, Central Asian and Caspian Gas Production and the Constraints on Export, p. 16.
- Huseyn Hasanov, ‘Foreign investments in Turkmenistan’s oil and gas projects to exceed $3.5B’, Trend news agency, 2 July 2015, http://en.trend.az/business/economy/2413589.html.
- Annette Bohr, ‘Turkmenistan’, in Eastern Europe, Russia and Central Asia 2002, Europa Regional Surveys of the World (London: Routledge, 2001), p. 431.
- John Roberts, ‘Energy reserves, pipeline routes and the legal regime in the Caspian Sea’, in Gennady Chufrin (ed.), The Security of the Caspian Sea Region (Oxford: Oxford University Press, 2001), p. 65.
- The Oxford Institute for Energy Studies, «Azerbaijan’s gas supply squeeze and the consequences for the Southern Corridor,»https//: goo.gl/xoVyPI(accessed in 22 April 2017).
- «TAP, TANAP to reduce Europe’s dependence on Russia,« AzerNews, https://goo. gl/7Hqg36(accessed in 22 April 2017).
- «TAP pipeline open to other shareholders, including Iran,« Euractive, https://goo.gl/ kSb2TG(accessed in 22 April 2017).
- «Iran may join TANAP gas pipeline project –ambassador,« Reuters, https://goo.gl/ hiqFEA(accessed in 22 April 2017).
- «Iran studying Europe gas export plans,« Press TV, https://goo.gl/LvS7QS(accessed in 22 April 2017).
- «The Southern Gas Corridor and the EU Gas Security of Supply: What’s Next?,« Natural Gas World, https://goo.gl/ywK0Gg(accessed in 22 April 2017).
- “Европа хочет импортировать газ из Туркменистана к 2020 году” https://www.radiofarda.com/a/europe-want-import-turkmen-gas/28892120.html
- ‘Report “Iran’s News Room” on Economic Opportunities in the Region” http://otaghiranonline.ir/news/10078