UNEC Tədqiqat Fondu beynəlxalq münasibətlər, beynəlxalq iqtisadiyyat, dünya və regional siyasət sahəsində analitik təhlil ilə maraqlanan hər kəsi “Helios” müsabiqəsində iştirak etməyə dəvət edir!

Müsabiqədə iştirak sizə müasir politologiya və iqtisadiyyatda geniş müzakirə olunan aktual məsələlərin və problemlərin üzə çıxarılmasında yeni təcrübə qazanmaq, analitik materialların hazırlanması və tərtibi sahəsində biliklər əldə etmək imkanı verəcək. Sizin materiallarınız UNEC Tədqiqat fondunun rəsmi saytında (www.unectf.org) paylaşıla bilər.

Müsabiqə seminarlar vasitəsilə aparılacaq. Müsabiqənin gedişatı ərzində keçirilməsi planlaşdırılan seminar və məsləhətləşmələrin təşkili məqsədi ilə müvafiq sahələrdə uzun illər təcrübəsi olan, xüsusi dəvət olunmuş ekspertlər layihəyə cəlb olunacaq.

DİQQƏT:

Müsabiqənin qaydalarına əsasən iştirakçılar yalnız Azərbaycan vətəndaşı olmalıdır. Yaş məhdudiyyəti 20 – 35 arası təyin edilib.

Müsabiqənin əsas məqsədi beynəlxalq münasibətlər, beynəlxalq iqtisadiyyat, dünya və regional siyasət sahələri ilə maraqlanan şəxsləri dəstəkləmək və onları istiqamətləndirməkdir.

Müsabiqənin qaydaları:

  • https://www.unectf.org/helios/ saytına daxil olaraq, göstərilən mövzulardan birini və ya ikisini seçərək və 15 iyun 2023-ci il , Bakı vaxtı ilə saat 18:00-a qədər müsabiqə üçün qeydiyyatdan keçərək iştirakınızı təsdiqləmək
  • Müsabiqənin işçi dilləri: Azərbaycan, Rus və yaxud İngilis.

Müsabiqənin mövzuları:

  1. Xəzər hövzəsinin enerji ehtiyatları və qlobal və regional aktorların geosiyasi maraqları.
  2. Enerji və nəqliyyat sahələrində Azərbaycanın türkdilli dövlətlərlə münasibətlərinin geosiyasi aspektləri.
  3. Müasir geosiyasi çağırışlar və Azərbaycanın milli maraqları.
  4. Beynəlxalq arenada Azərbaycanın “yumşaq güc” (soft power) potensialı.
  5. Ermənistan – Azərbaycan münaqişəsi və Cənubi Qafqazın təhlükəsizliyinə mümkün təsirləri.
  6. Cənubi Qafqazda münaqişələr və böyük dövlətlərin maraqlarının səbəbləri.
  7. Cənubi Qafqazın təhlükəsizlik problemləri: risklər və perspektivlər.
  8. Müasir diplomatiyada media təsir aləti kimi.
  9. Azərbaycan – Türkiyə strateji əməkdaşlığı Cənubi Qafqazda stabilləşdirici amil kimi.
  10. Qlobal ekoloji siyasət və istehlakın yeni standartları (Davos Forumu kontekstində).
  11. 3+3 əməkdaşlıq platformasının perspektivi və Cənubi Qafqaz regionunda mümkün geosiyasi təsirləri.

Məqalələrlə bağlı ümumi tələblər:

  1. Məqalə 3 dildə təqdim edilə bilər: Azərbaycan, rus və ya ingilis.
  2. Məqalələr  plagiat yoxlanılmasından keçiriləcək.
  3. Məqalənin  yazılışında Times New Roman – 12 şriftindən istifadə edilməlidir, interval 1,5. 2000-2500 dək işarə olmalıdır. Qeyd olunan həcm illüstrasiyasız və cədvəlsiz nəzərdə tutulub.

Məqalənin quruluşu:

Məqalənin adı, müəllifin ad və soyadı.

  1. Giriş hissə
  2. Əsas hissə
  3. Sonluq\tövsiyələr
  4. Mənbələr

Təqdim olunan materiallara aid tələblər:

  • İnnovativ yanaşma
  • Analitikanın mövcudluğu
  • Konkret faktların və statistikanın göstərilməsi(Məqalənin mövzusu tələb edirsə)
  • Yenilik(Müsabiqədə yalnız əvvəl heç yerdə paylaşılmayan məqalələr yer ala bilər)
  • Materialda praktiki tövsiyələrin verilməsi arzuolunandır.
  • Mənbələrə istinadların verilməsi

“HELİOS” müsabiqəsi üçün qeydiyyat

Helios layihəsində mövzunuz (iki mövzu seçə bilərsiniz)

Əlaqə: Elçin Sərdarov E-mail: [email protected] Tel. (050) 829 55 58