Fərhad Əmirbəyovun “Blokçeyn. İndi və gələcəkdə” adlı seminarı keçirildi.
8 fevral 2018-cil il Fərhad Əmirbəyovun “Blokçeyn. İndi və gələcəkdə” adlı seminarı keçirildi.
Seminar “UNEC Tədqiqat Fondunun”, «Qala Sığorta», «Qala Həyat» və «AFRR – Consulting» şirkətlərinin dəstəyi və «Ambler Premium Concierge» şirkətinin təşkilatçılığı ilə keçirilmişdir.
Seminar zamanı blokçeyn texnologiyasının biznesdə istifadəsi, tətbiq sahələri, çatışmazlıqları və üstünlükləri müzakirə olundu.
Fərhad Əmirbəyovun sözlərinə əsasən, bu gün blokçeyn İnternetin iqtisadi çevrəsi ola biləcək bir innovativ texnologiyadır.
“Blokçeyn məlumat mübadiləsində olan köhnə, vertikal yönümlü iyerarxiyanı digər istiqamətdə, desentralizasiya yönümünə gətirir. Bu hal bir sıra vasitəçiləri lazımsız edir, və biznesdə qalmaq istəyən qurumlar, məsələn banklar, iş modellərini tamamilə dəyişməli olacaqlar” – deyə, Əmirbəyov fikirini bildirdi.
Seminarın yekununda sual-cavab sessiyası keçirildi və biznesin nümayəndələri blokçeyn texnologiyasının Azərbaycanda istifadə edilməsi perspektivlərini müzakirə etdilər.