Nailə Verdiyeva
1982-ci ildə Bakı şəh. anadan olub.
2010-cu ildə “Demoqrafiya” üzrə Çexiyanın Karlov universitetinin magistr dərəcəsini əldə edib, və hazırda fəlsəfə doktoru adını almaq üçün elmi işlər üzərində çalışır.
Demoqrafiya üzrə bir sıra analitik materialların müəllifidir. AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Demoqrafiya və Əhalinin inkişafı sektorunun müdiri vəzifəsini icra edir.
Ümumi iş stajı 14 il, ixtisas üzrə isə 10 il təşkil edir.
Azərbaycan əhalisinin inkişafı üzrə ilk dəfə proqnozları hazırlayan işçi qrupunun rəhbəridir. Bu iş Çexiyanın Karlov Universitetinin mütəxəssisləri ilə birgə həyata keçirilir.
Azərbaycanı BMT-nin ESCAP və UNECE işçi qruplarında təmsil edir və əhalinin yaşlanması üzrə milli koordinator vəzifəsində çıxış edir.
Əhali üzrə Azərbaycanda ilk və bu vaxta kimi yeqanə olan ensiklopedik lüğətin müəlliflərindən biridir.
Nailə xanım, həmçinin əhalinin demoqrafik inkişafı üzrə Dövlət Proqramının hazırlanması prosesində aktiv şəkildə iştirak edib.
Şirin Tural Rafail oğlu
16.09.1996-cı il tarixində Bakı şəhərində anadan olub.
2013-cü il XXI-ƏSR BTİM məktəbini qızıl medal və beynəlxalq bakalavriat sistemi üzrə diplomla bitirib.
2013- 2016-cı illərdə Böyük Britaniyanın “Kuin Meri” Universitetində “Beynəlxalq Əlaqələr” fakültəsi üzrə təhsil alıb.
2016-2017-ci illərdə isə “Rusiyanın və Şərqi Avropa Ölkələrinin Siyasi təhlili” fakültəsi üzrə Böyük Britaniyanın UCL Universitetinin magistr dərəcəsini əldə edib.
İş fəaliyyəti 2011-ci ildən, “Təmiz Şəhər” ASC-də təcrübəçi vəzifəsindən başlayıb. 2012-ci ildə Bakı şəhərində keçirilən “Avro Viziya-2012” Mahnı Müsabiqəsində, 2015-ci ildə “Baku 2015” Beynəlxalq Avropa Oyunları, 2017-ci ildə isə “Baku 2017” İslam Həmrəylik Oyunlarında könüllü qismində iştirak edib. .
2014-cü il “TAİS-İKF” MMC-də, 2015-ci il Azərbaycan Respublikasının Milli Məclis Aparatının Beynəlxalq Əlaqələr şöbəsində, 2016-cı il Azərbaycan Respublikasının Böyük Britaniyadakı səfirliyində ixtisası üzrə təcrübə keçib.
2014-2016-cı illərdə, “Kuin Meri” Universitetində ictimai əsaslarla Azərbaycanlı Tələbələrinin Cəmiyyətini yaradaraq, həmin cəmiyyətin prezidenti və daha sonra İdarə Heyətinin üzvü seçilib.
Azərbaycan, rus, ingilis, türk və ispan dillərində sərbəst, serb dilində isə orta səviyyədə danışır.
Tennis üzrə Azərbaycan çempionu, karate üzrə “qəhvəyi kəmər” sahibidir.
Hal-hazırda Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Siyasi Nəzəriyyə” fakültəsinin dissertantıdır.