Biliklərin cəmiyyətdə inkişaf proseslərinin aparıcı faktoruna çevrilməsi müasir dünyanın əsas tendensiyalarından biridir.
Qərarverici şəxslər arasında ekspert biliklərinə artan tələbat əsasən idarəetmə vəzifələrinin mürəkkəbliyi, onların yüksək dinamikliyi və vaxtında təqdim olunan düzgün məlumata tələbatın yaranması ilə bağlıdır.
UNEC TF müasir cəmiyyəti maraqlandıran sahələrdə tədqiqatların aparılması üzrə Azərbaycanda aparıcı beyin mərkəzidir. Fond nəzəri və praktiki araşdırmaları təşkil və təşviq edir və dövlət, özəl, QHT sektorları və təhsil müəssisələri arasında əməkdaşlığı inkişaf etdirir. Fond ekspertlərin işini təşkil edərək ən qısa müddətdə yaxşı nəticələr əldə etməyə imkan yaradır.