Rusiyanın Avropa ölkələri və Türkiyə ərazisində “Cənub Qaz Dəhlizi”nə qarşı fəaliyyəti, bu istiqamətdə potensial təsir imkanları və istifadə etdiyi vasitələr.
Pərvin Əliyeva, İqtisadiyyat və idarəetmə, Moskva Dövlət Universiteti
Azərbaycan böyük təbii qaz ehtiyatlarına malik olaraq, digər ölkələr kimi Aİ-nin qaz bazarına çıxış imkanları axtarır. Bu məqsədlə Azərbaycanın ən mühüm enerji layihələrindən biri olan Cənub Qaz Dəhlizi layihəsi həyata keçirilməyə başlandı.
Dünyada mavi yanacağın ən böyük istehlakçılarından biri Avropa İttifaqıdır. 2017-ci ilin birinci rübündə Aİ-da mavi yanacaq istehlakı 162 milyard kubmetr təşkil edib. 2017-ci ilin ikinci rübündə Avropa İttifaqı ölkələrində daxili qaz istehsalı 2016-cı ilin eyni dövrü ilə müqayisədə təxminən 5% azalıb.Lakin bu ilin ilk yarısının göstəricilərinə baxsaq, Aİ istehsalı 2016-ci ilin yanvar-iyun ayına nisbətən 2% yüksəkdir.[1]
Beləliklə, Aİ öz yanacaq ehtiyaclarının çox hissəsini idxal hesabına təmin edir. Avropa İttifaqı Cənub qaz dəhlizinə böyük ümidlər bəsləyir. Bir tərəfdən, bu bazarda təchizatçılar arasında rəqabətin artmasına kömək edəcək, və bu da Avropanin Rusiya qazından asılılığını azaldacaq. Digər tərəfdənsə, təchizatın pozulması halında əlavə enerji təhlükəsizliyi təmin edəcək.
Yaxın Şərq Siyasəti üzrə Vaşınqton İnstitutunun, Amerika-İsrail İctimaiyyətlə Əlaqələr Komitəsinin düşüncə mərkəzinin iddiasına görə, ən böyük təbii qaz ehtiyatları Aralıq dənizi hövzəsindədir, və onların əksəriyyəti Suriyaya məxsusdur. Eyni institut ehtimal edir ki, Türkiyə ilə Kipr arasında mübarizənin başlamasının səbəbi Türkiyənin Nabukko layihəsini itirməsi ilə barışmaq istəməməyi ola bilər (Moskva ilə Ankara arasında bağlanan Cənub Axını boru kəməri ilə Türk müstəsna iqtisadi zonası vasitəsilə qaz tranziti barədə razılaşmasına baxmayaraq).[2]
Suriyanın qaz sektorunun rolunun açıqlanması Suriyanın əhəmiyyətini anlamağa imkan verir: Suriyaya nəzarət bütün Yaxın Şərq və onun təbii qaz axınlarına nəzarət deməkdir. Dəməşqə nəzarət etməklə Moskva tək Yaxın Şərqdə ozünün son müttəfiqinə nəzarət etmir, həmdə, Türkiyənin ərazisindən keçən, Aİ-nın Cənub Qaz Dəhlizi layihələrinin həyata keçirilməsinin qarşısını alır. Rusiyanın Suriyada Bəşər Əsədi dəstəkləməsinin əsl səbəbi də budur. Suriya yalnız Qətər qazının nəqli üçün əhəmiyyətli deyil: Misir qazının İordaniya və Suriya vasitəsilə Aralıq dənizi sahillərinə və sonra da Aİ-na tranzit olma imkanı da onun mövqeyindən asılıdır.[3]
Rusiyanın “Cənub axını” və “Şimal axını” layihələrinin məqsədi beynəlxalq bazarda Rusiyanın rolunu artırmaq və Rusiya qazından asılı olan Aİ-na daha böyük monopolist təzyiq göstərməkdir. Rusiyanın planlarına cavab olaraq, ABŞ ona rəqabət edəcək Nabukko qaz kəməri layihəsinin təşəbbüsünü irəli sürdü.Daha sonra bu layihə Cənub Qaz Dəhlizinin tərkib hissəsi oldu. O, alternativ qaz mənbələrinin istifadəsini və bir sıra tranzit ölkələrin iştirakını nəzərdə tutur. Onların arasında Türkiyə və Mərkəzi Qafqaz ölkələri həlledici rol oynayır.
Türkiyə qaz boru kəmərinin Qara dənizin Türk sektorundan keçməsinə razılıq verərək, artıq Rusiyanın Cənub Axını üçün yol açdı. Eyni zamanda, Türkiyə Transxəzər dəhlizinin əsas tranzit ölkəsidir.Həmdə o, TANAP layihəsində, ya da Nabukko qaz kəmərini Qərblə birləşdirən boru kəməri layihələrində də əhəmiyyətli rol oynayacaq. Bu kontekstdə, Rusiya və Türkiyə açıq-aşkar rəqiblərdir, amma bununla bərabər onların ümumi maraqları var.
Rusiyaya Türkiyə ilə sıx əlaqələrin saxlanılması lazım olduğu kimi, Türkiyə üçün də Moskva ilə əlaqələr eynən vacibdir. Türkiyənin idxal etdiyi mavi yanacağın yarıdan çoxu Rusiyadan gəlir. Eləcə də, ölkələr arasındakı qarşılıqlı ticarət dövriyyəsi önümüzdəki illərdə 100 milyard dollara çatmalıdır.Ancaq hər iki ölkənin Suriyadakı vəziyyətə yanaşması ciddi şəkildə fərqlənir.Ərdoğanla görüşdən sonra Rusiya prezidenti iddia edirdi ki, Türkiyə və Rusiya Suriyadakı vəziyyəti necə görmək istədikləri barədə bənzər fikirdədirlər, lakin bu məqsədlərə hansı üsullarla nail olmalarına dair fikirləri fərqlidir.[4]
Cənub Qaz Dəhlizinin SWOT-analizi
Güclü cəhətləri | Zəif cəhətləri |
· Azərbaycan ilə Aİ arasında əməkdaşlığın möhkəmlənməsi; · Xarici bazarlarda ölkənin rəqabət qabiliyyətinin artması; · Uzunmüddətli perspektivdə qaz hasilatının artması üçün zəmin yaradan geniş resurs bazası; · Uzunmüddətli müqavilələr;
|
· Resurs yetərsizliyi; · Sərt büdcə çərçivəsi; · Lazımı siyasi və iqtisadi dəstəyin olmaması;
|
İmkanlar | Təhlükələr |
· Yeni bazarlara çıxış; · Avropaya qaz təchizatının həcminin artması; · Maliyyə resurslarının mənbələrindən istifadə imkanlarının genişlənməsi; · Ölkənin enerji potensialından istifadə səviyyəsinin artması; · Avropada daxili qaz hasilatının azalması, və nəticədə idxal olunan qaza tələbatın artması; |
· Rəqabətin sərtləşməsi; · Rusiyanın CQD-nə qarşı addımları; · Suriyadakı münaqişələr; · Valyuta məzənnələrində əlverişsiz dəyişiklik; · Sanksiyaların tətbiqi;
|
Nəticələr
Qaz İxrac edən Ölkələr Forumunun fəal üzvü olan Rusiya üçün yeni qaz boru kəməri özünün “Cənub axını” layihəsi üçün potensial rəqibdir. Bu faktı nəzərə alsaq, ən yaxşı variantlardan biri Yaxın Şərqdəki gərginliyin qorunması olardı. Aydındır ki, Suriyadakı qarşıdurmalardan yalnız Rusiya faydalana bilər. Rusiya Avropanın enerji bazarında öz monopoliyasını saxlamağa çalışır. Və Suriya münaqişəsi uzansa, o buna müvəffəq olacaq. Beləliklə, Rusiya CQD layihəsi reallaşmazdan əvvəl öz layihələrini tamamlaya biləcək. Cənub qaz dəhlizinin əsas tranzit nöqtəsi olan Türkiyə münaqişəyə tam cəlb olunub. Bundan əlavə, Rusiyanın layihələri ilə rəqabət apara biləcək, Suriya ərazisi ilə Qətər, Misir və ya İrandan Aralıq dənizinə boru kəmərinin çəkilməsi ehtimalı azdır.Buna görə, Rusiyanın Suriya münaqişəsi ilə bağlı mövqeyi aydındır: nə qədər pis olsa, o qədər yaxşıdır.[5] Çox ehtimal ki, Rusiya və Türkiyə Suriyadakı hadisələrlə bağlı fərqli düşünmələrinə baxmayaraq, onlar üçün ümumi olan maraqlara diqqət edəcək və enerji sektorunda işlərini davam etdirəcəklər. Suriyadakı qiyam, həqiqətən, Türkiyənin ərazisi ilə Cənub Dəhlizinin tikintisi üzrə Aİ-nın layihəsinin həyata keçirilməsinə mane olur.
Cənub Qaz Dəhlizi enerji sektorunda əməkdaşlıq layihəsidir, və bu əməkdaşlığın necə olmalı olduğunu nümayiş etdirir. Əməkdaşlıq yalnız bütün tərəflərin bundan yararlandığı halda mümkündür.Buna görə, ilk növbədə, əsas məqsəd istehsalçılar, tranzit ölkələr və istehlakçılar arasında yaxşı balans tapmaqdır.Ancaq bu halda müvəffəqiyyətə nail olmaq mümkündür. İstehsalçılar və ya istehsalçının (hələ ki, yalnız bir istehsalçı var – Azərbaycan), tranzit ölkələrin və istehlakçıların maraqları tam nəzərə alınır. Belə ki, Cənub Qaz Dəhlizi bütün cəlb olunmuş ölkələrdə çox milyardlı investisiyalara yol açır.Bu, minlərlə yeni iş yeri deməkdir. Bu layihə təkcə enerji deyil, həm də nəqliyyat infrastrukturuna investisiya nəzərdə tutur. Bu, Cənub qaz dəhlizi marşrutu boyunca yerləşən və Cənub Qaz Dəhlizinə üzv ölkələrdə bir çox ərazilərin qazlaşdırılmasına gətirib çıxaracaqdır. Bütün bunlar inkişaf, sabitlik, prognozlaşdırılma deməkdir; və əməkdaşlığa yol açır. Bu gün dünyada, enerji mənbələri və təchizatçıları diversifikasiyası Avropa İttifaqının enerji təhlükəsizliyinin yaxşılaşdırılması əsas vasitədir.
Gördüyümüz kimi, hal-hazırda Avropa İttifaqının enerji təhlükəsizliyinin yaxşılaşdırılmasının əsas vasitəsi enerji mənbələri və təchizatçıların diversifikasiyasıdır.Aİ xarici enerji zərbələrinə məruz qalır, və buna görə yaxın gələcəkdə enerji təchizatı problemlərinə davamlılığını təmin edəcək effektiv enerji təhlükəsizliyi strategiyasına ehtiyac duyur.Alternativ enerji təchizatı marşrutlarına təcili ehtiyac var ki, bu da uzun müddət ərzində Aİ-nın Rusiya qazından asılılığını əhəmiyyətli dərəcədə azaldacaq.Bu baxımdan, Cənub Qaz Dəhlizi mümkün bir çıxış yolu kimi görünür.
Cənubi Avropaya Rusiyaya keçmədən 10 milyard kubmetr çatdırma potensialına malik olaraq, CQD Avropaya təkliflərini diversifikasiya etmək və Qazpromun monopoliyasını qısa və orta müddətdə azaltmaq üçün əla bir fürsət yaradır. Boru kəmərinin genişləndirilmə imkanı və digər potensial İran mənbələrini cəlb etməsi ilə Avropanın uzunmüddətli enerji təhlükəsizliyi də fayda verə bilər. Qeyd etmək lazımdır ki, Cənub-Şərqi Avropanın bir çox ölkələrinin tamamilə bir təbii qaz tədarükçüsündən asılı olması, onların təchizat problemlərindən tamamilə qorunmamağına və qeyri-rəqabətqabiliyyətli qiymətlərə gətirib çıxarır. Bölgədəki bəzi digər ölkələr, məsələn, Albaniya, hətta qaz şəbəkəsinə bağlı deyil. Enerji ehtiyaclarını ödəmək üçün onlar tamamilə kömür və neftdən istifadə edirlər.
CQD yeni enerji mənbələrinə yeni bazarlara daxil olmaq üçün yol açacaq, və onların enerji sektorlarının inkişafına kömək edəcəkdir.
Cənub qaz dəhlizi layihəsi Rusiya monopoliyasının azaldılmasına yardım etmək baxımından effektivliyini vurğulamasına baxmayaraq, o həm də açıq-aydın problemlərlə qarşılaşır: Cənubi Qafqaz ölkələrində dondurulmuş, həll olunmamış münaqişələr.
Bundan əlavə, təəcüblü deyil ki, postsovet məkanında Qərbin hər hansı bir iştirakı Rusiya tərəfindən onun maraqlarına birbaşa təhlükə kimi qəbul edilə bilər, və həmçinin, onun enerji monopoliyasına. Bu da o deməkdir ki, qeyri-sabitlik bölgəni layihə ilə birlikdə təhlükə altına qoyur. Buna görə, Aİ və NATO regionda qeyri-sabitləşmənin qarşısını almaq üçün mühüm addımlar atmalıdır və münaqişələrin həllində daha vacib rol oynamalıdır.
Cənub Qaz Dəhlizi layihəsinin müvəffəqiyyətlə həyata keçirilməsi birbaşa Avropa İttifaqının diversifikasiya olunmuş enerji təchizatını təmin edəcəkdir. Beləliklə, Cənub Qaz Dəhlizi Avropa üçün fürsətlər pəncərəsidir; bu bir mif deyil, artıq aşkar reallıqdır.
[1] http://neftianka.ru/evropejskij-gazovyj-rynok-istina-v-statistike/
[2] http://www.voltairenet.org/article174109.html
[3] Зураб Гараканидзе, НатаГараканидзе – Напряженность на ближнем востоке и планы ЕС по созданию южного газового коридора.
[4] https://theglobaly.wordpress.com/tag/recep-tayyip-erdogan/
[5] Зураб Гараканидзе, НатаГараканидзе – Напряженность на ближнем востоке и планы ЕС по созданию южного газового коридора.