UNEC Tədqiqat Fondunun prezidenti, Fərhad Əmirbəyov sentyabrın 28-də Stavropolda keçirilən “İnvestisiyalar, innovasiyalar, turizm” mövzusunda VIII Rusiya-Azərbaycan regionlararası forumunda iştirak edib.
Forumda sənaye və humanitar sahələrdə əməkdaşlıq, turizmin inkişafı, səhiyyə sahəsində innovasiyalar və digər mövzularda dəyirmi masalar, işgüzar əlaqələr birjası keçirilib, ikitərəfli əməkdaşlığa dair sənədlər imzalanıb.
Rusiya-Azərbaycan regionlararası forumu 2010-cu ildən keçirilir. Ötən il Bakıda keçirilən forumda hər iki ölkəni təmsil edən 70-dən çox şirkətdən 500-dən artıq iş adamı iştirak edib, ikitərəfli əməkdaşlığa dair 12 sənəd imzalanıb.
Rusiya Azərbaycanın əsas ticarət-iqtisadi tərəfdaşıdır. Bu ölkənin Azərbaycana yatırdığı investisiyanın məbləği 3 milyard dollardan çoxdur. Cari ilin 7 ayı ərzində iki ölkə arasında əmtəə dövriyyəsi 1,1 milyard dollar təşkil edib. Rusiya regionlarının yarısından çoxu Azərbaycan ilə ticarət-iqtisadi, elmi-texniki və mədəni sahələrdə ikitərəfli sazişlər imzalayıb.