Enerji və nəqliyyat sahələrində Azərbaycanın türkdilli dövlətlərlə münasibətlərinin geosiyasi aspektləri
Enerji və nəqliyyat sahələrində Azərbaycanın türkdilli dövlətlərlə münasibətlərinin geosiyasi aspektləri İbrahim Niftiyev Giriş İkinci Qarabağ müharibəsi, KOVİD-19 və Rusiya və Ukrayna arasındakı yeni müharibənin alovlanmasından sonra Azərbaycanın türkdilli dövlətlərlə olan əlaqələrində yeni, daha intensiv strateji tərəfdaşlıq inkişaf etməkdədir. Bu əməkdaşlığın qayəsində geosiyasi trendlərdən qidalanan enerji və nəqliyyat layihələri dayanır və Türk Dövlətləri Təşkilatı (TDT)…