UNEC Tədqiqat Fondunun prezidenti Rusiya-Azərbaycan regionlararası forumunda iştirak etdi.
UNEC Tədqiqat Fondunun prezidenti, Fərhad Əmirbəyov sentyabrın 28-də Stavropolda keçirilən “İnvestisiyalar, innovasiyalar, turizm” mövzusunda VIII Rusiya-Azərbaycan regionlararası forumunda iştirak edib. Forumda sənaye və humanitar sahələrdə əməkdaşlıq, turizmin inkişafı, səhiyyə sahəsində innovasiyalar və digər mövzularda dəyirmi masalar, işgüzar əlaqələr birjası keçirilib, ikitərəfli əməkdaşlığa dair sənədlər imzalanıb. Rusiya-Azərbaycan regionlararası forumu 2010-cu ildən keçirilir. Ötən il Bakıda keçirilən…